Diqqət, danışır televizor!

OĞUZ AYVAZ
46029 | 2017-02-10 11:00

İnternet,sosial şəbəkələr həyatımıza burnunu soxandan bəri televizordanuzaqlaşmışıq. Yəqin ki, müasir gənclərimiz,həmiçinin elə özüm də evin kandarından içəri keçən kimi kompüter masasınınarxasına keçir, facebookda bir status guppuldadırıq. Layklar gəldikcə dəeqoumuz təmin olunur.

Hamımıztelevizora "xəyanət” etmişik. Yazıq televizor üstü tozlu, miskin şəkildə başınıaşağı salıb dəfn olunacağı günü gözləyir.

Evdə heçkim onunla maraqlanmır. Heç kimin onu görəcək gözü yoxdur. Televizor bu münasibətdəndil açıb. Sözü verək televizorumuza:

"Tozdannəfəs ala bilmirəm. Bu evdə bir vaxtlar hörmətim, şanım-şöhrətim vardı. İndiçürüyüb gedirəm, heç kimin də vecinə deyil. İnsan dediyin böyük qüvvədi, di gəlki, bu adamlar qollarını çirmələyib başımın üstündəki toz-torpağı təmizləmirlər.Amma kimə deyirsən, burda mənim dövranım çoxdan başa çatıb, qürub dövrümüyaşayıram. Bu kompüterləri görəcək gözüm yoxdu! Kaş noutbuku məhv etməyəcaynaqlarım, qədim dövrə getməyə qanadlarım olaydı.

Evdəkilərlap uşaqlıqlarından mənə tamaşa edərdilər, hər gün təmizləyər, qayğımaqalardılar. Hərdən üsyan etmək istəyirəm ki, gözünüzü açın bir mənə də baxın.Heyf səsimi də kəsiblər. Bu uzunsaçlı qızdan çox ümidli idim. Noutbuk evə gəlsəbelə mənə baxırdı. İndi gedib özünə bahalı mobil telefon alıb, bütünseriallarına ordan baxır. Lənət şeytana! Belə yaşayışa lənət olsun! Bu uzundrazoğlan da arada mənim göstərdiyim futbol matçlarına baxırdı. İndi nə işdisə heçfutbolla da maraqlanmır.

Keçəngün evin işıqları söndü. Sevindim. Mənə də baxa bilmirdilər, kompüterlərə də.Texnologiyadan uzaq düşmüşdülər. İşıqları kəsən adamlara dualar oxudum. Heçbilmirəm ki, Tanrı dualarımı eşidirmi? Tanrı televizorların dualarını qəbuledirmi?

Şamyandırıb başımın üstünə qoydular. Şam ərdikcə məni incidirdi. Bir də hiss elədimki, başımın üstü əriyib, nə qədər çığırsam da heç kim duymurdu səsimi. Axır buevin son beşiyi imdadıma çatdı. Başıma bir fincan su tökdü.

Günlərləinildədim, heç kəsin qılı da tərpənmədi”.

Evə gələndəbu dəfə televizorumuzu yandırdım. Səsi çox gur çıxırdı. Sanki üsyan edirdi.Əlimə dəsmal alıb başına tumar çəkdim, səsi zəiflədi.


TƏQVİM / ARXİV