ANA SƏHİFƏ / YAZARLAR

Diqqət, danışır televizor!

28151    |   2017-02-10 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnternet, sosial şəbəkələr həyatımıza burnunu soxandan bəri televizordan uzaqlaşmışıq. Yəqin ki, müasir gənclərimiz, həmiçinin elə özüm də evin kandarından içəri keçən kimi kompüter masasının arxasına keçir, facebookda bir status guppuldadırıq. Layklar gəldikcə də eqoumuz təmin olunur.

Hamımız televizora "xəyanət” etmişik. Yazıq televizor üstü tozlu, miskin şəkildə başını aşağı salıb dəfn olunacağı günü gözləyir.

Evdə heç kim onunla maraqlanmır. Heç kimin onu görəcək gözü yoxdur. Televizor bu münasibətdən dil açıb. Sözü verək televizorumuza:

"Tozdan nəfəs ala bilmirəm. Bu evdə bir vaxtlar hörmətim, şanım-şöhrətim vardı. İndi çürüyüb gedirəm, heç kimin də vecinə deyil. İnsan dediyin böyük qüvvədi, di gəl ki, bu adamlar qollarını çirmələyib başımın üstündəki toz-torpağı təmizləmirlər. Amma kimə deyirsən, burda mənim dövranım çoxdan başa çatıb, qürub dövrümü yaşayıram. Bu kompüterləri görəcək gözüm yoxdu! Kaş noutbuku məhv etməyə caynaqlarım, qədim dövrə getməyə qanadlarım olaydı.

Evdəkilər lap uşaqlıqlarından mənə tamaşa edərdilər, hər gün təmizləyər, qayğıma qalardılar. Hərdən üsyan etmək istəyirəm ki, gözünüzü açın bir mənə də baxın. Heyf səsimi də kəsiblər. Bu uzunsaçlı qızdan çox ümidli idim. Noutbuk evə gəlsə belə mənə baxırdı. İndi gedib özünə bahalı mobil telefon alıb, bütün seriallarına ordan baxır. Lənət şeytana! Belə yaşayışa lənət olsun! Bu uzundraz oğlan da arada mənim göstərdiyim futbol matçlarına baxırdı. İndi nə işdisə heç futbolla da maraqlanmır.

Keçən gün evin işıqları söndü. Sevindim. Mənə də baxa bilmirdilər, kompüterlərə də. Texnologiyadan uzaq düşmüşdülər. İşıqları kəsən adamlara dualar oxudum. Heç bilmirəm ki, Tanrı dualarımı eşidirmi? Tanrı televizorların dualarını qəbul edirmi?

Şam yandırıb başımın üstünə qoydular. Şam ərdikcə məni incidirdi. Bir də hiss elədim ki, başımın üstü əriyib, nə qədər çığırsam da heç kim duymurdu səsimi. Axır bu evin son beşiyi imdadıma çatdı. Başıma bir fincan su tökdü.

Günlərlə inildədim, heç kəsin qılı da tərpənmədi”.

Evə gələndə bu dəfə televizorumuzu yandırdım. Səsi çox gur çıxırdı. Sanki üsyan edirdi. Əlimə dəsmal alıb başına tumar çəkdim, səsi zəiflədi.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK