adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Fevral 2017 22:15
24145
ŞOU-BİZNES
A- A+

Maykl Ceksonun meyiti qəbirdən çıxarılacaq

İstintaq Maykl Ceksonun cəsədini yenidən qəbirdən çıxararaq (eksqumasiya) ölümünün həqiqi səbəblərini araşdırmaq istəyir.

Adalet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb mərhum müğənninin qızı Peris Ceksonun ötən ay atasının ölümü barədə dediyi yeni faktlardır. O, atasının qəflətən ölmədiyini, planlı şəkildə öldürüldüyünü iddia etmişdi.

Ailə vəkili Con Karman açıqlama verərək bildirib ki, ifaçı evdə ölü tapılarkən onun baş nahiyəsində çapıq olub və iddia olunur ki, Maykl ölüm anında tək olmayıb, onun yanında naməlum şəxs də olub.

"Biz meyiti çıxarıb yenidən müayinədən keçirmək istəyirik. Düşünürəm müasir texnika bizə ölümün dəqiq cavablarını verə biləcək. Bəlkə, həqiqətən Ceksonu kimsə öldürüb və o, indi sərbəst gəzir. Mayklın cəsədi mumyalanıb, odur ki, meyit yaxşı vəziyyətdə qalmalıdır, hətta, səhv eləmirəmsə, onun başındakı çapıq da yerində olmalıdır. Biz onun hansı narkotik dərmanlardan istifadə etdiyinə qədər bütün məlumatları araşdıracağıq”.

Xatırladaq ki, dünya ulduzu 2009-cu il iyunun 25-də dünyasını dəyişib.