adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Fevral 2017 18:14
7680
İDMAN
A- A+

2018-ci il Qış Olimpiya Oyunlarının məşəli təqdim edildi – FOTO

Pxençxanda 2018-ci il Qış Olimpiya Oyunlarınınməşəli təqdim olunub.

Adalet.az yarışların rəsmi saytına istinadən xəbər verir ki, məşəlin təqdimatı yarışların başlamasından düz bir il öncə baş tutub. Məşəl ağ rəngdədir, uzunluğu 700 mm-dir, bu isə Pxençxanın dəniz səviyyəsindən 700 metr hündürlükdə olmasına işarədir. Məşəlin dizaynı Cənubi koreyalı dizayner Kim En Se tərəfindən yerinə yetirilib.

Olimpiya Oyunları 2018-ci ilin 9-25 fevral tarixlərində keçiriləcək.