adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Fevral 2017 17:43
15456
İQTİSADİYYAT
A- A+

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 10-a olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən Adalet.az-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7301 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin daha 5,2% ucuzlaşması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu günə dolların məzənnəsi isə 1,8252 manat olub.