adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

JURNALİST OLMAQ

RÜFƏT SOLTAN
31151 | 2017-02-09 17:32

Jurnalistmasası önünüdəəyləşər vəbaşlayar yazmağa. Köşə yazar, araşdırmalar aparar və s. Bir mövzunu araşdırmaq üçün günləri, həftələri,hətta ayları belə gözləyəbilər. Nəüçün və ya kimlər üçün, bu başqa bir mövzudur. Yazının sonunda bunu açıqlayacam. Jurnalistin fiziki məhdudiyyəti ola da bilər, olmayada bilər,lakin o həqiqətənjurnalistdirsə günərzində tonlarla yükü daşıdığını bilməlidir.Bunları zehni gücü ilə idarə edir. Bəli, jurnalistin zehniyyəti çox güclüdür, bəzəno qədər güclü olur ki, onunla qayanı belə parça parça edə bilər. 

Jurnalistdə müxbir kimi qışı, yayı, düşünməz. Bəzən soyuqda barmaqları titrəyərkənyazır, bəzən istidə nəfəsi kəsilənə kimi başladığı mövzunu bitirməyə çalışır. Çünki onun işi budur.Maddiyyat düşünməz jurnalist, kariera, yaradıcılıq və bir az da sevgi əlavəetdisə iş uğurla tamamlanmış hesab oluna bilər. Heç bir vəchlə jurnalist ərsəyəgələn məhsulunu dərhal nümayiş etdirməz, onun ələkdən keçməsini, yəni sıravioxucu kütləsinin rəyini öyrənmək istəyər. 

Bir jurnalist üçün onun redaktoruolmalıdır. Bəlkə də minlərlə oxucusu olacaq yazını redaktor gözüylə həmin minlərinhesabına yazar. Peşə sevgi deməkdir, peşə düşünmək deməkdir, və ən nəhayət təcrübədeməkdir. Yuxarıda qeyd etdiyim kimi, jurnalistin əsas fəaliyyət növlərindənbiri araşdırma yazılar işləməkdir. İqtisadi, siyasi və yaxud ictimai təfəkkürüolmaqla bubacarıqlara sahib olan çoxlu saydajurnalistlərimiz var. Ancaq bu o deməkdeyil ki, hər köşəni, və ya hər araşdırmanı bacarıqların çərçivəsində yazmalısan. Tarixi araşdırmalar yazanbir şəxs jurnalist mövqeyini ortaya qoymaq istəsə də cəmiyyətin ciddi yanaşdığıvə tənqid edə biləcəyi qorxusu onu bu məqsəddən soyudur. Halbuki, jurnalist tarixi araşdırmayazarkən bəlkə də ölkəni silkəyələyəcək bir addım ata bilərdi. O, günümüzə qədər fərqinə varmdığımız yaxud məlumatsız olduğumuz, alimlərin belə on illərlə araşdırmalarına baxmayaraq fərqinə varmadığı birfaktı ortaya çıxara bilər. Məsələn, jurnalist NicatHüseyn Dağların bir vaxtlar Gəncədə sökülmüş evin damından tapıb üzə çxıardığı tarixi bayraq kimi. Doğrudurdəyərli juranlistimizin tarixi bilgilərinə şübhəmyoxdur. Lakin sizə çox primitiv bir misal da çəkə bilərəm. Dünya mediasınısilkələmiş bir hadisəni xatırlatmaq istəyirəm.2-3 il öncə Amerikada yaşayan və həvəskarbloqgerliklə məşğul olan biryeniyetmə yerli alimlər tərəfindən Sakit okeanın dərinliklərində quraşdırılmış bir kamera vasitəsilə canlı izləyiciolmuşdu. Onun kimi yüzlərlə vətəndaş bugörüntüləri izləyirdi. Görüntüdə sadəcə okeanın dibindəsualtı dalğaların sığal çəkdiyi qumsal təsvirolunmuşdur. Çünki minlərlə metr dərinlikdə çox az canlı yaşayırdı. Və biranda hər şey dəyişdi. Yeniyetmə qəfil bircanlının kamera önündən keçdiyiniu gördü. Həyəcanla komputerə yaxınlaşan uşaqgörüntünü "prewiev” edib həmin canlının göründüyü anı çəkib götürdü.Dərhal müvafiq quruma email vasitəsilə göndərənyeniyetməyə xəbər gəldi ki, elmdə yeni canlı kəşf olunub. Sonrasında yayılan məlumatagörə həmin azyaşlıya elmə verdiyi dəyər və dəsətəyə görə nominant və müəyyən pul mükafatı təqdim edildi. 

Deməyim odur ki, müxbir yada jurnalist olmaq bəzən bilmədən nələrisə kəşfetmək deməkdir. Sadəcə əsas hədəf gizli maraq və dərin həfəsdən doğur. Bəzənoturub zamanı, tarixi, iqtisadi və siyasi dəyərlərimizi araşdırmağa başlayandaiçindəki dolğun həvəs səni yazılarınla yaddaşlara həkk edir. Jurnalist kəşfiyyatçıdır.Jurnalistin nail olduğu istənilən nominant ədəbiyyat sahəsində yeni cərəyan gətiriənyazıçıların aldığı nobel qədər dəyərlidir. Ölkəmizdə onlarla jurnalistmükafatları təsis olunub. Bu mükafatların dəyəri zamanla bir birini üstələyir. Bəzənjurnalsit üçün real rəqəmlərlə göstərilmiş oxucu sayı belə mükafat sayılır.Çünki, onun bir köşəsini 50 nəfər oxuyubsa deməli 50 insanın şüuraltına nələrisəyeritməyənail olub. Bəli, bu nailiyyətidir.

Rüfət Soltan


TƏQVİM / ARXİV