adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Fevral 2017 16:18
8191
ELM VƏ TƏHSİL
A- A+

Nazirlər Kabineti ali təhsillə bağlı qərarlarında dəyişiklik edib

Nazirlər Kabineti (NK) ali təhsillə bağlı bəzi qərarlarında dəyişiklik edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilib.

Yeni qərara zəsasən, "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”ndakı "Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə " İdman jurnalistikası”ı əlavə edilib.