ÖMRÜN MÜDRİKLİK ÇAĞI

FAİQ QİSMƏTOĞLU
68785 | 2017-02-09 12:46

Allah-Təala hər insanabir ömür və bir tale bəxş edib. Ağıllı və müdrik insanlar Allah-Təalanın verdiyibu ömrü çox gözəl, çox yaddaqalan və çox da yaxşı yaşayırlar. Yəni onlar ömrününhər dəqiqəsinin, hər anının qədrini bilir, ötən aylarda və illərdə iz qoymaqla yadda qalırlar. Və bu insanlar həmdə ağılları, kamalları, cəmiyyətdə tutduqları mövqeləri ilə digərlərindən seçilməyibacarırlar. Bu insanlar başqaları tərəfindən sevilməyi də yaddan çıxarmırlar. Çünkionlar hamıya öz sevgisini, məhəbbətini, qayğısınıvə istəyini göstərə biliblər. Daha doğrusu, sevinclərini, kədərlərini bölüşdüklərikimi, başqalarının da xoş anlarına, kədərlidəqiqələrinə şərik çıxırlar.

Belə gözəl ziyalılardanbiri də 30 ildən çox tanıdığım, dostluq elədiyim, çörək kəsdiyim gözəl pedaqoq,istedadlı şair-publisist Səməndər Məmmədovdur. O Səməndər Məmmədov ki, biz onunlaYeni Günəşli yaşayış sahəsindəki 13 nömrəli binada düz 30 ildən çoxdur ki, qonşuluqeləyirik. Daha doğrusu, bu qonşuluq dostluğa, ailəvi mehribanlığa çevrilib. Eləbizim övladlarımız da çox vaxt bir yerdə olublar, böyüyüblər, indi də şükürlər olsunki, ev-eşik sahibləridir.

Heç yadımdan çıxmır,2002-ci ilin dekabrın 24-də mənim qızımın «Şəlalə» şadlıq sarayında toyuydu. Həmintoyda Səməndər müəllim və xanımı axıra qədər oturdular və hətta toyu aparan xalqartisti Könül Xasıyeva ilə birlikdə şəkil də çəkdirdilər. Məclisin tamadası Qafarmüəllimlə də Səməndər müəllim çoxdan dost imiş. Onunla da bir şəkil çəkidirdi. İndihəmin anları yada salanda bir daha yenidən həyəcanlanıram və Səməndər müəllimindediyi bir söz yadımdan çıxmır: «Qızının toyqeyri-adi bir toy idi. Çünki ordakı ziyalılar, musiqiçilər və ifaçılar heçvaxt mənim yadımdan çıxmayacaq. Bir qış axşamının soyuğunda biz toyun işığında qızındıq,muğamın, təsniflərin gözəlliyində Allaha bir addım da yaxınlaşdıq».

Bayaq dedim ki, Səməndərmüəllim hamının dərdinə, sevincinə şərik olan ziyalıdır. O qonşuluqda elə bir adamolmayıb ki, onun ağır günündə, çətin günündə orda olmasın. Ola bilər hansısa toyagetməsin. Amma qonşuluqda bir yas məclisi düşəndə birinci Səməndər müəllimi ordagörmüşəm və hamı da Səməndər müəllimi məclislərində görəndə gözlərinə işıq gəlir.Çünki Səməndər Məmmədov elə bir ziyalı, elə bir ağayana insandır ki, onunla birkəlmə söhbət eləyəndə onun sözünün, söhbətinin nuruna, işığına bələnirsən. Heç istəmirsənki, bələndiyin nurdan, işıqdan ayrılasan. Mən inanmıram ki, bizim qonşuluqda kimsəSəməndər müəllimdən narazı qalsın. Çünki o, heç kəsin qəlbini qıran, xətirən dəyənbir iş görməyib. Əksinə, yıxılana dayaq olub, sıxıntı içində yaşayana arxa durub.

Onun haqqında Azərbaycanınçox dəyərli və böyük ziyalılar xoş sözlər,yaddaqalan fikirlər söyləyiblər. Xalq şairi, byöük ziyalı rəhmətlik ZəlimxanYaqub indi istəməsin, Səməndəri çox istəyərdi. Və təsadüfi deyil ki, Səməndər müəllimin60 illiyinə göndərdiyi yubiley təbrikində yazırdı: «Səməndər Zəlimxanın gəzən kitabxanasıdır.Mən bununla fəxr edirəm. Belə adamların olması cəmiyyətin, xalqın, insanlığın xeyrinədir.İki adamın arasında bir balaca soyuqluq olanda məhz belə adamlara üz tutursan ki,gəl bunları bir yola gətir. Səməndər ağsaqqaldı, ağır oturub batman gələndi, özyerini biləndi. Ona görə də hər yerdə onun adı çox yüksək səviyyədə çəkilir. Yalandanheç vaxt ad olmaz, yalandan şöhrət olmaz. Varsa, deməli onun kökündə halallıq, halalzəhmət durur, yuxusuz gecələr və ziyalı mədəniyyəti durur. Mən qardaşımı bağrımabasıb öpürəm, həmişə adı uca olsun, eşqi sönməz olsun, Zəlimxan kimi dostları daheç vaxt onun ətrafından əksilməsin!»

Vaxtilə AzərbaycanDövlət Universitetində oxuyanda Səməndər Məmmədova dərs demiş filologiya elmləridoktoru, professor Şamil Qurbanovun da onun barəsində çox gözəl fikirləri var:«Zəngin şifahi xalq yaradıcılığına, o cümlədən, aşıq ədəbiyyatına qırılmaz bağlılıq,klassik poeziya ənənələrinə bələdlik, çağdaş şeirimizin şöhrətinə sədaqət SəməndərMəmmədovu fərqləndirən xüsusiyyətdir».

Səməndər Məmmədov1954-cü ilin fevralın 8-də Borçalıda – Bolnisirayonunun Faxralı kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin filologiyafakültəsini bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Lerik rayonunun Vistən kəndindəmüəllim kimi başlayıb. Sonradan 1982-ci ildə Bakıya gələrək DİN-nin tərbiyə müəssisəsindəki orta məktəbdə müəllimişləyib. 1987-ci ildən 2002-ci ilə qədər həmin məktəbdə direktor vəzifəsini daşıyıb. Onun bacarığını, istedadını və təşkilatçılığını nəzərə alaraq 2002-ci ildə Sabunçurayonundakı 271 nömrəli tam orta məktəbə direktor təyin ediblər. Və Səməndər müəllimbu kollektivdə də öz istedadını bir dahagöstərib, böyük uğurlara və nailiyyətlərə imza atıb.

Onun boya-başa çatdığıFaxralı kəndindən, onun ziyalılarından kimdənsoruşsan, bu ağayana ziyalı haqqında ağızdolusu danışar. Heç uzağa getməyək, MətbuatŞurasının sədri, millət vəkili Əflatun Amaşov və şair-publisist Rəşid Faxralı SəməndərMəmmədovun necə böyük ziyalı, istedad sahibi olduğunu dəfələrlə səsləndirib. Təbiiki, el-obası ilə nəfəs alan, mayası o torpağın havasından, suyundan yoğrulan insanada bax belə sevgi göstəriləcək.

Səməndər Məmmədovgözəl müəllim, bacarıqlı pedaqoq olmaqla yanaşı, həm də istedadlı şair-publisistdir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. «Qızılqələm», «Abdulla Şaiq», «Araz» ali mükafatlarının laureatı, «Qabaqcıl təhsil işçisi»dir.Onun indiyədək «Faxralı», «Bir durna ayrıldı öz qatarından», «Payız çiçəyi», «Ümidqapısı», «Coşqun çay kimi», «Faxralı tək ağır elim var mənim», «Bir gəncin taleyialt-üst olursa», «Nur çiləyənlər», «Ləkəsiz bir vicdan, böyük bir ürək», «Pedaqojidüşüncələr», üç cilidlik, «Ağır elsən, Borçalıda adım var», «İşıq ömrü yaşadı…»və «El sevəni aləm sevər» kitabları işıq üzü görüb.

Fevralın 8-də gözəlpedaqoq, şair-publisist Səməndər Məmmədovun 63 yaşı tamam olub. O, ötən illəri çox mənalı və yaddaqalanyaşayıb. 63 yaşdan dönüb geri baxanda Səməndər müəllim həmişə qürur hissi keçirəcək.Çünki ötən illərdə və günlərdə onun pedaqoq və şair-publisist kimi çox böyük izləriqalıb. Səməndər müəllim həm də çox gözəl ailə başçısı, baba, dost, yoldaş və qonşudur.Məhz bu dəyərlər həmişə bu gözəl və ağayana ziyalıya hörmət gətirəcək, övladlarıvə nəvələri onun həyat yoluna baxıb qürur hissi keçirəcək, onunla fəxr edəcəklər…

Faiq QİSMƏTOĞLU

TƏQVİM / ARXİV