Daşınmaz əmlak bazarını yeni ucuzlaşma dalğası gözləyir
Azərbaycanda daşınmaz əmlak bazarında cari qiymətlərin 13-15% azalacağı gözlənilir.
Adalet.az-ın məlumatına görə, "Report”un analitik qrupu bildirir ki, 2016-cı il ərzində ölkədə ABŞ dollarının məzənnəsinin 1,65 AZN/USD səviyyəsindən 1,95 AZN/USD-yə yüksəlməsi daşınmaz əmlak qiymətlərini dollar ekvivalentində 20% ucuzlaşdırdığından, manat ekvivalentində onların qiyməti azalmayıb.
"Lakin hazırda ölkədə dolların məzənnəsinin sürətlə ucuzlaşması müşahidə edilir. Belə ki, son bir həftə ərzində dolların banklarda satış qiyməti 1,96 AZN/USD səviyyəsindən 7% azalaraq 1,82 AZN/USD-yə geriləyib.
Bu prosesin bir qədər də davam edəcəyi və 1,65-1,70 AZN/USD səviyyəsində sabitləşəcəyi ehtimal edilir. Nəticədə, əmlak sahibləri dolların ucuzlaşması fonunda tələbatın zəifləməsi satış zamanı daha böyük endirimlərə gedərək əmlakın qiymətini manat ekvivalentində bir qədər də aşağı salacaqlar”, - deyə analitiklər qeyd edirlər.
Xatırladaq ki, Azərbaycan 2017-ci ilin dövlət büdcəsində xərclərin kifayət qədər azaldılmasına nail olub. Bu da öz növbəsində əhalinin gəlirlərinə təsirsiz ötüşmür. Eyni zamanda, daşınmaz əmlak bazarında satış təklifləri artır:
"Qeyd edək ki, hazırda Bakının bir çox hissəsində müxtəlif yeni yaşayış komplekslərinin inşası aparılır. Bu da bazarda təklifi artıracaq və qiymətlərin azalmasına səbəb olacaq. Artıq aprel ayından etibarən əmlak qiymətlərində ucuzlaşma hiss ediləcək”.
Digər Xəbərlər
24 Aprel 2024 17:49
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edi
24 Aprel 2024 14:55Büdcəyə yenidən baxılsa, bu sahələrə vəsait ayrılacaq
24 Aprel 2024 09:53Azərbaycan nefti bahalaşıb
24 Aprel 2024 09:13Bu günə olan valyuta məzənnələri
23 Aprel 2024 14:55