adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Fevral 2017 17:59
21074
ŞOU-BİZNES
A- A+

Canəli Əkbərov qalmaqalına teatrdan açıqlama

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva Xalq artisti Canəli Əkbərovun digər Xalq artisti Mənsum İbrahimov barəsində söylədiyi fikirləri təkzib edib.

Adalet.az bu barədə Qafqazinfo-ya istinadla xəbər verir.

"Canəli Əkbərov qeyd edib ki, guya o, teatrın muğam operaları üzrə bədii rəhbər olub. Belə deyil, Canəli müəllim teatrın yalnız solisti olub. Heç bir bölmə rəhbəri olmayıb. Mənsum İbrahimova şəxsən Akif Məlikovun təşəbbüsü və göstərişi ilə Məcnun rolunun icrası üçün tapşırıq verilib. Canəli Əkbərov heç vaxt İbrahimovun Məcnun rolunu ifa etməsinə səbəbkar olmayıb. Heç vaxt rəhbərliyə Mənsum İbrahimov barədə təqdimat verməyib”.

Xatırladaq ki, C.Əkbərov müsahibələrindən birində M.İbrahimov haqqında bu sözləri söyləmişdi:

"O vaxtlar mən Opera və Balet Teatrında milli operaların bədii rəhbəri idim. Səsvermə yolu ilə seçilmişdim, vəzifəyə elə-belə gəlməmişdim. Rəhmətlik Səfa Qəhrəmanov yanımda idi. Mənsum gəlib qoluma girdi, dedi ki, mənə atalıq et, nə olar. Cavab verdim ki, necə atalıq edim? Söylədi ki, məni "Məcnun” obrazına hazırlaşdır.

Bu, tək mənim işim deyildi, rəhbərliklə danışmalı idim. Direktor Arif Məlikovla görüşdüm. Direktora dedim ki, Mənsumu "Məcnun” obrazına hazırlamaq istəyirəm. Məlikov söylədi ki, səs imkanları yaxşı deyil. Mən xahiş etdim ki, bu işə mən əl qatacağam”.