adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Fevral 2017 16:46
12552
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Özümdən özümə
































Yar ola bilmədim, mən yara oldum
Bir ürək göynətdim yaşın içində.
Özüm də, sözüm də - qapqara oldum,
Fikirlər dolaşan başın içində.


Zamandan uzağam, gözüqıpığam,
Sevinc sorağıyla min dərd tapıram...
Ayağı yalınam, dizi çapığam –
Nə vaxtdı bu qumun, daşın içində.


Onu varlığımla əzdirmirəm ki,
Tək, gözdə, ürəkdə gəzdirmirəm ki...
Ay Allah, mən onu bezdirmirəm ki,
Kirpiyin üstündə, qaşın içində.


Əbülfət, özünə verib təsəlli,
Qəddini şux tutma – dəyərin bəlli!
Sevgində tutuldun sən ki, tək əlli –
Həm əri, həm də ki, aşın, içində!