adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Fevral 2017 15:41
66789
MƏDƏNİYYƏT
A- A+

OXU, MƏNSUM, OXU, MƏNSUM, QOY SƏSİN ÜRƏKLƏRDƏ KAMAN KİMİ TİTRƏSİN!

Təxminən son əlli ildə səhnədəki bütün Məcnunlara canlı tamaşa eləmişəm. Hamısının da könlündə, özü də təkcə mənim yox, xalqımızın könlündə öz yeri var. Bir Nizaminin Məcnunu var, bir də Füzulinin, hər iki əsəri oxuyanlar fərqini çox gözəl bilir. Mənim fikrimcə, Üzeyir Hacıbəyov Füzulinin «Leyli və Məcnun»u səhnəyə gətirsə də sənətçilərimiz daha çox Nizaminin Məcnununa oxşayırdılar.

Mənsum isə bu rolda əsl tapıntı idi. Mənsum Füzulinin yaratdığı Məcnundu. Məcnunların Məcnunudu.

Vaqif Cəbrayılzadə (Odər) Qədirin səsini qeybdən gələn səs adlandırır. Mənim təsəvvürümdə Füzulinin Məcnununun səsi də qeybdən gələn səsdi. Mənsum İbrahimov da Məcnunun ağrı-acısını, eşqini, sevgisini, kədərini bax, həmin qeybdən gələn bir səslə ifa edir.

Dostum, sən həm səsinlə, həm mədəniyyətinlə, həm şəxsiyyətinlə bu xalqın ürəyindəsən. Canəli müəllimin sözlərindən incimə, ağsaqqaldı da. Hirslənib ağsaqqallığını yadından çıxarıb.