ANA SƏHİFƏ / YAZARLAR

Həyat xatırlamaq üçündür...

22529    |   2017-02-08 22:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onu bu dəfə gördüyümdə anladım ki, əslində bəhs etdiyim insanın varlığı mənim bu həyatda olmağımın təsdiqidir.

Gözlərində həmişəki ifadə: kədər və gözəllik...

Unutmaq, kimdənsə küsmək – mənə həmişə yad olan hislərdir. Hər şeyi özümə dərd edirəm. İstəyirəm ki, həmişə qüssəli və yalqız görünüm.

Nədənsə, çox vaxt bəzi insanlar dərdli olmağı sevirlər. Bəlkə də belə halın yaratdığı estetika, cazibədarlıq çoxlarının köks ötürdüyü bir şeydir. Ancaq mən adi insanlar kimi səssiz, başımı aşağı salıb işimlə məşğul olan, qayğısız birinə çevrilmək istəyirəm.

Arzulayıram ki, nə vaxtsa mən də heç nəyə fikir vermədən yolumla düz gedim, insanlara baş qoşmayıb dərdimi unudum, kədərimi başqaları ilə bölüşüb onun sehrli və toxunulmaz görünüşünü məhv edim.

Unutmaq hissi məndə heç vaxt baş verməyib. Mən inanmıram ki, kimsə kimisə unuda bilir. Bu boş söhbətdir. Belə deyənlərə yalnız gülə bilərəm. Çünki Tanrı məncə, insana unutmaq hissini verməyib. Belə bir duyğudan söhbət gedə bilməz.

Unutmaq – sadəcə xatırlamağın əksi kimi işlədilir. Yəni, aksiomadır, heç vaxt izahı olmayan bir şey. Bu yalnız inkar formasının işlədilməsinə xidmət edə bilər.

Axı, insan necə unuda bilər ki?

Doğuluşum, kəndimiz, həyətimizdəki başı kirəmitli evimiz, bağçamızda aramsız hürən alabaş itimiz, uşaqlığım, ilk sevdiyim qız, dostlarım, atam, anam, hətta ilk gördüyüm insanlar, başıma gələn saysız-hesabsız, maraqlı-maraqsız əhvalatlar, başqalarının danışdığı cürbəcür hekayətlər, oxuduğum kitablar, getdiyim yerlər, baxdığım rəsm tabloları, son zəng, məktəbə getdiyim ilk gün, balaca vaxtı dörd-beş uşaqla dalaşıb ilk dəfə burnumun qanaması, güvəndiyim dostlarımın çıxıb getməsi, dünyada gedən hadisələr – bu və bu kimi minlərcə, bəlkə də milyonlarca sadalamadığım şeylərin hamısı mənim xatirimmdədir və inanmıram ki, mən bir gün yaşadığım bu anları unuda biləcəm.

Həyat xatırlamaq üçündür. Kədər, sevinc, nə olur-olsun, bizim yaşadığımızı bütövləşdirməyə, məna qatmağa yarayır. O insan ki, kədərini də, sevincini də anlamır və yaxud onların həyatında daşıdığı amalı başa düşmür mənə elə gəlir ki, o ömrü boyu yaşamayıb, sadəcə olaraq görüntüsü olub.

Bəzən unutmaq da istəyirik. Ancaq sonra görürük ki, bu əslində mümkün olan bir şey deyil və yaddaşımızda kök salmış xatirələr bizim gələcəkdəki həyatımızda lazım olan, gərəkli şeylərdir.

Yalnız xatirələrini gizlədən insanlar unutmaq hissinin var oluşuna inana bilərlər.

Unutmaq isə bizi sevgimizdən, yaddaşımızdan uzaqlaşdıran, bütün hisslərə düşmən kəsilən duyğudur. Amma nə olsun ki, o həmişə məğlubiyyətə boyun əyir.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK