adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Fevral 2017 12:40
5940
ELM VƏ TƏHSİL
A- A+

Ali məktəblərə qəbul şərtləri dəyişdirilir

"Təhsil Nazirliyi müraciətlər əsasında hökumətə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair təkliflər verib”.

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq.

"Təkliflər ali məktəblərə qəbul olan tələbələrin sayının artırılmasını nəzərdə tutur. Hazırda hökumət həmin təkliflərə baxır. Bu dəyişiklik qəbul olunduğu təqdirdə Azərbaycanda da ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr öz təsillərinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meyilli olan və ali təhsil almaq istəyən tələbələr xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər”.