adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Fevral 2017 22:15
14882
MƏDƏNİYYƏT
A- A+

“İlin aktyoru” seçildi

Gənclər və İdman Nazirliyi Gənclər Günü münasibətilə 2016-cı ildə fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri mükafatlandırıb.

"İlin gənc aktyoru” nominasiyasında mükafata tamaşaçılara Baladadaş kimi yaxşı tanış olan Əmrah Dadaşov layiq görülüb. Əmrah Dadaşov ötən il Xalq Yazıçısı Elçinin məşhur hekayələri əsasında Musiqili Teatrda səhnələşdirilmiş "Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyasında baş qəhrəmanı – Baladadaş obrazını canlandırmaqla böyük səhnəyə gəlib, tamaşaçıların rəğbət və sevgisini qazanıb.

"Özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu mükafat təkcə mənə yox, mənim simamda həm də teatrımızın gənclərinə, bizə bu işdə dəstək olan insanlara verilib. Sənətdə ilk addımımı Baladadaş obrazı ilə atdım. Sözün həqiqi mənasında Baladadaş rolu mənim həyatımda dönüş nöqtəsi olmaqla yanaşı, həm də çox düşərli oldu. Bu mükafata məhz Baladadaş obrazının ifasına görə layiq görülmüşəm. Çalışacağam ki, bundan sonra uğurlarım daha da çox olsun”, - deyə Əmrah Dadaşov bildirib.