Aqil ABBAS: SÖYÜŞƏ QOCALAR GEDİR

AQİL ABBAS
99979 | 2017-02-07 15:24

Öyrənmişik gəncşou əhlinin televiziya ekranlarında, mətbuatda,mətbuat konfranslarında bir-birlərini təhqir eləməsinə, söyməsinə, bir-birləriniəxlaqsızlıqda suçlamasına və sair və ilaxır. Sonra da çıxıb televiziya ekranlarındaekspert kimi xalqa əxlaqdan, ailə bağlılığından, tərbiyədən, mədəniyyətdən vəs. dərs deməyə.

İndi məsələbaşqa cürdü. Bu dəfə söyüşə qocalargedir. Özü də Azərbaycan xalqının qaymaqları, böyük sənətkarları, musiqi mədəniyyətimizdəhər birinin öz yeri olan, mədəniyyətimizdə öz möhürlərini vuran sənətkarlar, professorlar. Ölkəmizdə HeydərƏliyev Fondunun dəstəyi ilə (təbii ki, AzTV-nin rolunu da qeyd etməliyik) muğam müsabiqəsi keçirilir. Böyük sənətkarlarımızdahi Üzeyir Hacıbəyov kimi kəndbəkənd, şəhərbəşəhər düşüb istedadlı gəncləriaxtarıb tapırlar, üzə çıxarırlar, paytaxta gətirirlər, ali musiqi təhsilialmalarına yardımçı olurlar və sair və ilaxır. Və bu müsabiqənin qalibləri də həqiqətəndə ən sayseçmələr olur. Onlar da ustadlarının yolu ilə gedərək Azərbaycanmusiqisini demək olar ki, bütün dünyaya daşıyır, dünyanın ən böyük konsertsalonlarında muğamımızı, musiqi mədəniyyətimizi təbliğ edirlər. Heydər ƏliyevFondu, şəxsən Fondun sədri, millət vəkiliMehriban xanım Əliyeva muğama sahib çıxmasaydı xalqın bu böyük və əvəzsiz mədəniyyətiaz qala sönməyə doğru gedirdi. Demirəm, sönəcəkdi, amma dünyanı indiki kimi zəbtedə bilməyəcəkdi.

Və bu muğammüsabiqəsinin münsiflər heyəti var, hamısı da musiqimizin korifeyləridi:Əlibaba Məmmədov, Arif Babayev, Mənsumİbrahimov, Ağaxan Abdullayev (yeri görünəcək), Səkinə İsmayılova, SərdarFərəcov və muğamın mahir bilicisi Nadir Axundov. Qısası, bir daha qeyd edirəmmusiqi mədəniyyətimizin qaymaqları.

İki gündür gündəmiçox xoşagəlməz bir hadisə zəbt edib. Məsələ belədi. Deməli, Azərbaycanın xalqartisti, professor Canəli Əkbərov da münsiflər heyətinə qatılmaq istəyir, heyətindigər üzvləri isə buna etiraz edirlər. Hər birinin də öz arqumenti var. Ammabizim bu sevimli sənətkarlarımız öz fikirlərini bir az yumşaq da deyə bilərdilər.Və yaxud musiqi məbədi olan Opera və Balet Teatrının çayxanasında da oturub buməsələni çözə bilərdilər. Söz-söhbət dəquşu gözündən ovlayan mətbuata gəlib çıxmazdı.

Bir il əsgərlikdəolurlar, əsgər yeməyi yeyirlər, sonra ölənəqədər dost olurlar. Yaxud Bakı-Qazax qatarında bir kupedə gedirlər, yoldasöz-söhbətləri tutur, ömürlərininaxırlarına qədər bir-birlərini itirib-axtarırlar.

Bu sənətkarlarotuz ildi, qırx ildi, hətta əlli ildi bir yerdədilər, bir qabdan çörək yeyirlər,birlikdə bəlkə yüz dəfələrlə səfərlərəçıxıblar, muğamımızı dünyaya tanıdıblar, toy-düyünləri bir yerdə,sevinclərinə də şərikdilər, kədərlərinə də. Bir-birlərinə dayaq da olublar.

Və birdən-birəbir münsiflər heyəti üzvlüyünə görə əlli illik dostluq tapdanır, çörəktapdanır.

Əvvəla, münsiflərheyətinin üzvləri neçə ildi bu müsabiqəniyönətirlər, artıq bir ailə olublar. Müsabiqə məsələsində bir-birlərinə çox bələddilər,bir-birlərinin şıltaqlıqlarına da öyrəşiblər,zarafatlarına da, sərtliklərinə də, ironiyalarına da, atmacalarına da. Və təbiiki, ailə kənardan gələn təzə bir adamı qəbul edə bilmir. Həmin şəxs həmin ailəninmətbəxinə yaddır. Buna görə də münsiflərheyəti üzvlərinin Canəli Əkbərovu qəbul etməmələri başa düşüləndi. Qınamağa dadəyməz. Dediyim kimi, bu məsələni mətbuata çıxarmalı deyildilər, elə öz məbədlərininçayxanasında yoluna qoya bilərdilər.

Canəli müəllim dəbir ağsaqqal kimi bu məsələyə belə sərt yanaşmamalıydı, əlli illik dostlarına hədə-qorxugəlməməliydi ki, açaram sandığı tökərəm pambığı.

Həmin sənətkarlarınsandığı çoxdan açılıb, pambıqları da çoxdan tökülüb həm Azərbaycana, həm dədünyaya. Bunlar təkcə muğamımızınkorifeyləri deyil, həm də şəxsiyyətdilər. Və bir şəxsiyyət kimi də hər biri birörnəkdi gənc nəsil üçün, bizlər üçün. Yəni el dilində desək, dağdan ağır kişilərdivə dağdan ağır ağbirçəkdi. Ağbirçək sözü Səkinə xanımın xətrinədəyməsin, ağsaqqal, ağbirçək sözü yaşla deyil, əməllədi. Bəli, Səkinə xanım mənim üçün muğamımızın birağbirçəyidi. Canəli müəllim deyir Mənsum İbrahimovu, Səkinə İsmayılovanı səhnəyəəllərindən tutub mən gətirmişəm. Çox gözəl. Buna görə sağ olun, amma bunlarıonların başına qaxınc etmək lazım deyil.Canəli müəllim, özünüz qeyd etdiyiniz kimi, vaxtilə sizin də əlinizdən tutublar.Bu hər iki muğam ustası öz istedadları, qeyri-adi səsləri, öz şəxsi keyfiyyətləri,öz mədəniyyətləri ilə gəlib bu səviyyəyə çatıblar.

Canəli müəllim,siz xalqımızın çox sevdiyi sənətkarlardan birisiz. Operamızda, muğamımızda,ümumiyyətlə, musiqi mədəniyyətimizdə özyeriniz var. Siz də musiqi mədəniyyətimizəmöhür vurmuş şəxslərdən birisiz. Çayxanada həll olunası bir məsələni buqədər şişirtməyə dəyməz.

Yağın tapılmayanvaxtıydı. Yasamaldakı dükanların birində uzun bir növbə vardı. Bir uşaq daçalışırdı ki, növbəsiz alsın. Ha çalışırdı, vurub növbədən çıxarırdılar. Axırdauşaq üzünü hamıya tutub dedi:

- Mən də acıqnanheç yağ da almıram.

İndi bir ailəsizi öz aralarında görmək istəmirsə, siz də deyin ki, heç mən də sizi istəmirəm. Daysandıq-pambıq…

Əziz qələmdostlarımdan bir xahişim var, siz bu məsələnin üstünə çox getməyin, ümumiyyətlə,getməyin. Allaha şükür, ölkədə mövzu qıtlığı deyil ki. Qoymayın Azərbaycan xalqının sevdiyi, fəxr elədiyibu şəxslərin nüfuzlarına xələl gəlsin.


TƏQVİM / ARXİV