adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Fevral 2017 16:13
17272
KRİMİNAL
A- A+

Bakıda 64 yaşlı kişi evində öldürüldü

Nərimanov rayonu Faiq Yusifov 9 küçəsində qətl hadisəsi baş verib.

Adalet.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə sözügedən küçədə yerləşən 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, mənzil 9-da qeydə alınıb.

Sakinlər son günlər mənzildə yaşayan 64 yaşlı Firudin Hüseynovun görmədikləri üçün onun telefonuna zəng ediblər. Ondan bir xəbər almadıqda isə hüquq-mühafizə orqanı əməkdaşlarına məlumat veriblər. Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanı əməkdaşları mənzilin qapısnı sındıraraq içəri daxil olublar. Bu zaman mərhumun meyitini aşkar edən polislər onun başından küt alətlə vurularaq öldürüldüyünün şahidi olublar.

İsntintaq zamanı qətldən öncə binanın dəhlizini işıqlandıran elektrik naqillərinin kəsildiyi məlum olub. Sakinlərin sözlərinə görə, qətlə yetirilən mərhum evdə tək yaşayıb və subay olub. Onun evdə məişət avadanlıqlarının təmiri ilə məşğul olduğu bildirilir.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Qətlin tamah məqsədi ilə həyata keçirildiyi güman olunur.

Faktla bağlı araşdırma aparılır.