adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Fevral 2017 17:09
14256
İQTİSADİYYAT
A- A+

Azərbaycanda işləyən əcnəbilərin sayı məlum oldu

Ötən dövrdə sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayında müşahidə olunan mütəmadi artım dinamikası cari ildə də davam edir. Belə ki, 2017-ci ilin yanvar ayında sistemdə əlavə olaraq 273 nəfər əcnəbi şəxs qeydiyyata alınıb.

Adalet.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

"Onların hər birinə unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılıb, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib.

Bununla da cari ilin 1 fevral tarixinə fərdi uçot sistemində qeydiyyatda olan xarici vətəndaşların sayı 34 min 213 nəfərə çatıb.

Azərbaycanda fərdi uçot sistemində fərdi şəxsi hesabı olan əcnəbilər 125-dək ölkəni təmsil edirlər. Onların arasında sayca daha çox olan Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşlarıdır”, -deyə qurumdan qeyd edilib.

Xatırladaq ki, 1 fevral 2017-ci il tarixinə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların ümumi sayı 3 milyon 393 min 453 nəfər təşkil edir.