adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Fevral 2017 21:03
24536
ƏDƏBİYYAT
A- A+

Dünyanın ən gözəl cümlələri

Kitab oxucunu ilk cümlədən etibarən təsirləndirməsi kimisi yoxdur. Oxucu oxuduğu ilk cümlə o kitabın satılması, son cümləsi idə yazıçının daha çox oxucu qazanmasına şərait yaradır.

1. J.D. Selincer – "Çovdarlıqda uçurumdan qoruyan”
"Danışacaqlarıma qulaq asacaqsınız, hər halda əvvəlcə harada doğulduğumu, uşaqlığımın necə keçdiyini, mən doğulmamışdan əvvəl anamla atamın necə tanış olduqlarını, Devid Koperfildin bütün axmaqlıqlarını filan da öyrənmək istəyərsiniz, amma mənim heç danışmağa həvəsim yoxdur. Hər şeydən əvvəl, elə bu boşboğazlıqdan acığım gəlir”.

2. L. Tolstoy – "Anna Karenina”
"Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”.

3. Ceyn Osten – "Sevgi və Qürur”
"Dünyaca qəbul edilmiş həqiqətdir ki, varlı-hallı hər subay kişinin həyat yoldaşına ehtiyacı var”.

4. Çarlz Dikkens – "İki şəhərin hekayəsi”
"Ağıl dövrüydü, dəlilik dövrü də. İnam dövrüydü, eyni zamanda inkar dövrü də. Bir tərəfdən işıq, bir tərəfdən qaranlıq fəsil yaşanırdı. Ümidin yazı idi, ümidsizliyin qışı. Hər şeyimiz var idi, amma heç nəyimiz yox idi. Hamımız cənnətə gedirik, hamımız cəhənnəmə də gedirik”.

5. F. Skot Fitscerald – "Möhtəşəm Getsbi”
Gənc və həssas olduğum vaxtlarda atam mənə hələ çox illər qulağıma sırğa edəcəyim bir məsləhət verdi: "Kimisə tənqid etməmişdən əvvəl fikirləş ki, hamıya sənlə eyni beşikdə doğulmayıb”.

6. Silviya Plat – "Şüşə qapaq altında”
"Qəribə, bürkülü yay idi”.

7. Herman Melvill – Ağ Balina
"İsmayıl deyin mənə. Bir neçə il əvvəl – neçə il əvvəl olduğu vacib deyil, pulumun azaldığı, ya da heç olmadığı vaxtlarda, məni "quru”da özünə bağlayan heç bir şey olmadığına görə, bir gəmi götürüb bu dünyanın dənizlərini görmək istədim. Mən beləyəm; belə tapıram stressdən qurtulmağın, keyimiş qanımı sürətləndirməyin yolunu.

8. Franz Kafka – "Çevrilmə”
"Qreqor Samsa bir səhər cansıxıcı yuxudan oyananda özünü yatağında nəhəng bir böcəyə çevrildiyini hiss etdi”.

9. Virginiya Vulf – "Özünə aid otaq”
"Amma biz səndən qadınlar və yalançı yazın barədə danışmağını istəmişdik, bunun insanın özünə aid otağı olması ilə nə əlaqəsi var deyəcəksiniz. İzah etməyə çalışacam…”

10. Ceyn Osten – "Emma”
"Emma Vudhaus - gözel, ağıllı, zəngin qız idi. Rahat evi, xeyirxah yaradılışı vardı”.