adalet.az header logo
  • Bakı 13°C
06 Fevral 2017 17:29
11119
MƏDƏNİYYƏT
A- A+

“CinemaPlus”da “Qan bahasına” filminin Azərbaycan dilində nümayişi

Premium kinoteatr "Cinema Plus Azerbaijan”da Azərbaycan dilində dublyaj olunmuş "Qan bahasına” Hollivud filminin qapalı nümayişi təşkil olunmuşdur. Film real hadisələr əsasında çəkilib, hansı ki, inanılmaz uğur əhvalatından, inadkarlıq və arzuya çatmaq istəyindən bəhs edir.

"Qan bahasına” filmi 2017-ci ildə "Cinemazadeh” studiyasında dublyaj olunub. Dublyajın rejissoru Rövşən Məmmədli, baş redaktor Xətai Əli, prodüser Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcümə Xumar Quluzadə, Post-prodakşn supervayzer Vüqar İslamzadə.

Filmin səsləndirilməsində Rövşən Məmmədli, Azər Aydəmir, əməkdar artist Kazım Abdullayev kimi aktyorlar iştirak etmişdir.

Filmin rejissoru Ben Yanqer, icraçı prodüser isə məşhur Martin Skorsezedir. Baş rollarda: Maylz Teller, Aron Ekhar və Keti Saqal.

Film haqqında qısa məlumat: Vinni Patsiensta – boks üzrə məşhur çempionlardan biridir. Cavan, parlaq, dəlisov... Onu Pazman şeytanı adlandırırdılar. Onun karyerası ən pikdə idi, lakin dəhşətli qəza bir anda bütün planları dağıdır. Həkimlər onun heç bir zaman gəzə bilməyəcəyini deyirdilər. Lakin Vinni heçnəyə baxmayaraq rinqə qayıtmaq qərarı verir.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.