adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Fevral 2017 16:21
17124
ƏDƏBİYYAT
A- A+

“Yaşadığım evi görsəniz dəhşətə gələrsiz”

"Mənim yaşadığım evi görsəniz dəhşətə gələrsiniz. Mətbəx çöküb. 2 il bundan əvvəl təmir olunan döşəmə çürüyüb”.

Adalet.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Hepatit C xəstəliyindən əziyyət çəkən yazıçı Kənan Hacı bildirib.


Kənan Hacı problemin həlli üçün müfaviq orqanlardan kömək istəyib: "22 ildir mətbuatdayam. 1995-97-ci illərdə "İki sahil" qəzetində çalışmışam. Bir müddət parlament müxbiri olmuşam. Daha sonra "Ədalət" qəzetində, APA İnformasiya Agentliyində, "Teleqraf" MMC-də, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Aydın yol" qəzetində çalışmışam. 10 kitab müəllifiyəm. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ildə "Yeni nəsil yazarı" mükafatını, 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Əli bəy Hüseynzadə mükafatını almışam. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Bilirsiniz ki, səhhətim də qaydasında deyil. İndi həm işsiz qalmışam, həm də uzun illərdir ki evsiz-eşiksiz özgə qapılarında sürünürəm. Mətbuat Şurasının sədri, hörmətli millət vəkilimiz Əflatun Amaşovdan, müvafiq qurumlardanxahiş edirəm ki, mənim vəziyyətimi nəzərə alsın. Bu cür dözülməz şəraitdə yaşamaq mənim üçün utancdır. 22 ilin yazarı elə 20 il olar ki, evsiz-eşiksiz qalmışam.Siz gəlib mənim qaldığım yeri görsəniz dəhşətə gələrsiniz. 5 il mən it damına bənzəyən bir daxmada can çürütmüşəm. Bütün qələm dostlarım bunu bilir. Rütubətli bir yerdə qalmağa məcburam. Halbuki səhhətim üçün çox ziyanlıdır”.