adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Fevral 2017 22:00
66245
MƏDƏNİYYƏT
A- A+

İlham Əliyev Belçikada Natəvanın abidəsini ziyarət edib – FOTO

Fevralın 5-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevvə xanımıMehriban ƏliyevaBelçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.

Adalet.az xəbər verir ki, Vaterlo şəhərinin meri Floran Röter Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıb.

Dövlət başçısı və xanımı abidənin önünə gül dəstələri qoyublar.

Ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılmasıHeydər ƏliyevFondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.