adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Fevral 2017 21:06
11056
MARAQLI
A- A+

Dünyadakı bütün ölkələri gəzən ilk və tək insan – FOTO

77 yaşlı Andre Brugiroux"Dünyanın ən çox gəzən adamı” olaraq xarakterizə edilir. O,tam 60 ildir dünyanın dörd bir tərəfini gəzir və bütün ölkələri gəzən ilk və tək insan olaraq tanınır.

Adalet.az bu barədə seyyah.az-a istinadla xəbər verir.

Onun BMT-yə üzv olan 193 ölkənin torpağına ayaq basdığı səyahət macərası 1955-ci ildə 17 yaşındaykən başlayıb. Başının dumanlı olduğu o gənclik illərində yollara düşərək dünyanı görməyi xəyal edən və xarici dillər öyrənmə arzusu ilə yanan gənc Brugiroux, 17 yaşında kürəyinə çantasını almış və bir staj vəsiləsi ilə ilk dayanacağı olan Şotlandiyaya doğru yola çıxmışdır.

Bu ilk təcrübənin ardındanAlmaniya, İtaliya və İspaniyaya getmişdir. 9 il davam edən bu səyahətinin ilk mərhələsində cibində çox az pul ilə, otostopla bütün Avropa ölkələrini gəzib bitirmişdir.

Kiçik işlər taparaq yol pulunu qazanan Brugiroux üçün Avropa dar gəlməyə başlayanda, səyahətlərini bütün dünyaya yaymağa başlamışdır.Ölkəsinə məcburi işləri üçün ara sıra qayıdan bu səyyah, iki illik əsgərlik vəzifəsini belə Kongoda etmişdir.Ardından üç il tərcüməçi olaraq Kanadada pul topladıqdan sonra yenidən yollara düşmüş və əsl dünya turu bundan sonra başlamışdır.

Bu bitməyən dünya turu ərzində Borneoda kəllə ovçuları, ABŞ-da hippilər, Şri-Lankada ləl-cəvahirat qaçaqçıları, Kambocada qaçqın düşərgələriylə tanış olan Brugiroux 7 dəfə də həbsə atılmış, amma səfərlərinə son verməyi əsla düşünməmişdir.

Bütün xatirələrini kitablaşdıran və kitabın adını "Dünya tək bir ölkədir” ("The Earth is but One Country”) qoyan səyyahın son dayanacağı dünyanın ən yeni ölkəsi Cənubi Sudan olmuşdur.

Hal-hazırda Fransada həyatına davam edən Brugiroux yeni səyahətlər üçün yeni dövlətlərin yaradılmasını gözləyir…