adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Fevral 2017 15:38
11785
KRİMİNAL
A- A+

Qayda pozan sürücünün maşınından silah tapılıb

Bakı şəhər sakini Seymur Xudaverdiyevin idarə etdiyi "Chevrolet-Camaro" markalı avtomobilində tapança aşkar edilib.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 3-də S. Xudaverdiyev idarə etdiyi "Chevrolet-Camaro" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə stasionar Postunda saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə protokol tərtib edilərək avtomobil duracağa aparılıb.

Müvəqqəti duracaqda S. Xudaverdiyevin iştirakı ilə avtomobilə baxış keçirilib və orada pnevmatik tapança aşkar edilib. Bu zaman o, qeyd edilən tapançanı götürərək hadisə yerindən qaçıb.

DYPİ və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S. Xudaverdiyev saxlanılıb və tapança ondan götürülüb.