adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"Bakı"dan ayrılmaq istəməyən "hücumçu"

ETİBAR CƏBRAYILOĞLU
31230 | 2017-02-03 23:00
Fazil Rəhmanzadəistedadlı rəssam ola bilərdi, uşaqlıq dostu, dünya şöhrətli musiqiçi MüslümMaqomayevlə birlikdə rəsm dərnəyinə gedirdi.

Futbolçu kimi tanına,vurduğu qollarla stadionlara toplaşan minlərlə azarkeşi coşdura, fanatların rəğbətiniqazana bilərdi. Yaşıdları arasında seçilirdi və perspektiv vəd edən oyunçu kimi15 yaşlılardan ibarət Azərbaycan yığmasına da cəlb olunmuşdu.

Bəlkə də bu gün tanınmışaktyor kimi müsahibə alardıq. Teatra böyük marağı var idi, dram dərnəyindərejissorlar ona baş rollar etibar edirdilər. Çoxları onun gurultulu alqışlaraltında böyük səhnələrə çıxacağı günü gözləyirdi.

Amma Fazil Rəhmanzadə jurnalist oldu, bu sahədə tanındı, böyük uğurlarqazandı. Məqalələri SSRİ-nin ən aparıcı qəzet və jurnallarında işıq üzü gördü,kitabları xarici dillərə tərcümə edildi. SSRİ Jurnalistlər İttifaqının İdarəHeyətinin üzvü oldu, Əməkdar mədəniyyət işçisi fəxri adına, Həsən bəy Zərdabi,"Humay" mükafatlarına layiq görüldü. Fevralın 9-da 75 yaşı tamamolacaq ustad jurnalistin və istedadlı publisistin bu gün də vaxtının çox hissəsiyazı masasının arxasında keçir, qüdrətli aktyor Ələsgər Ələkbərov haqqındayazdığı kitabı tamamlamaq üzrədi. Dünya şöhrətli sənətkar Rəşid Behbudovun həyatvə yaradıcılıq yolundan bəhs edən kitabı isə neçə illərdi ki, naşirini,sponsorunu gözləyir.

"Bəlkə heç özü yazmayıb?”

Atamı çox tez itirmişəm. Ailənin böyük övladı kimi, evin bütün məsuliyyətimənim kiçik çiyinlərimə düşmüşdü, anamı, qardaş və bacılarımı dolandırmaq üçünpul lazım idi. Günlərin bir günü qonşumuz Azad Əliyev dedi ki, bilirəm,yazı-pozu işləri əlindən gəlir, "Azərbaycan bədən tərbiyəsi" qəzetinəkorrektor lazımdı. Dərhal razılaşdım və 3 ay orada çalışdım. Sonrakı 2 ayı"Ədəbiyyat və incəsənət" qəzetində işlədim. "Azərbaycan bədən tərbiyəsi"qəzetinin redaktoru Mirpaşa müəllimin yenidən məni redaksiyaya dəvət etməsi lapyerinə düşdü. Bu dəfə məni müxbir kimi ştata götürdülər. İdman sahəsini yaxşıbildiyimdən bu mövzuda yazmaq mənim üçün rahat idi. 61-ci ildə tanınmışjurnalist Şamil Şahməmmədov məni "Bakı" qəzeti ilə əməkdaşlığa dəvətetdi. Şamil müəllimin tapşırığı əsasında idman mövzusunda materiallar hazırlayırdım.



Uşaqlıqdan incəsənətlə yaxından maraqlandığımdan bir gün qələmimi mədəniyyətsahəsində sınamaq qərarına gəldim və redaksiyaya "Bir saat bəstəkarınyanında" adlı yazı təqdim elədim. Görkəmli bəstəkar Fikrət Əmirovdan bəhsedən bu yazı ilə "Bakı"nın yaradıcısı və baş redaktoru Nəsirİmanquliyevi təəccübləndirə bilmişdim. Nəsir müəllim "letuçka"dadeyib ki, bu gənc oğlan həm idmandan, həm də mədəniyyətdən maraqlı yazılar qələməalır. Bu necə ola bilər, araşdırın, bəlkə heç özü yazmayıb?

"Bir dön bizim "Bakı”ya bax...”

Bu yazımı bəyənəndən sonra Nəsir İmanquliyev məni "Bakı" qəzetinəişə dəvət etdi. Jurnalist olmaq istəyən bir gənc üçün bu böyük etimad idi.Bütün gecəni həyəcandan gözümə yuxu getmədi. Səhər Nəsir müəllim məni qəbuletdi və korrektor ştatına götürdü, bir ay sonra isə mən artıq"Bakı"da kiçik ədəbi işçi idim. Cəmi üç ilə şöbə müdirinin müavinioldum və təbii ki, bu ailəmizin dolanışığına da müsbət mənada təsir göstərdi.Çünki yaxşı maaş və qonorar qazanmağa başladım.

1967-ci ildə Nəsir müəllim mənə daha böyük etimad göstərib şöbə müdiri vəzifəsinətəyin etdi. Onda mənim cəmi 24 yaşım var idi. Sovet dövrünün qaydalarına görəbelə vəzifə təyinatları üçün partiya orqanlarının razılığını almaq lazım gəlirdi,amma bu bürokratik maneələr Nəsir İmanquliyevin nüfuzu qarşısında acizgörünürdü.

Sözün açığı, əvvəlcə bu işə razılıq verməyə bir az tərəddüd edirdim.Çünki həmin şöbə ilə dövrün çox görkəmli incəsənət xadimləri əməkdaşlıq edir,yeni əsərlərinin, müsahibələrinin məhz "Bakı"da çap olunmasını istəyirdilər.O zamanlar indikindən fərqli olaraq, incəsənətin, mədəniyyətin gündəmini"starlar", "elit starlar", "qızıl şlyagerlər","əjdahalar", "toylar kralı" yox, Süleyman Rüstəm, RəsulRza, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Niyazi, Arif Məlikov,Cahangir Cahangirov, Tofiq Quliyev, Ədil İsgəndərov, Zeynəb Xanlarova, Lütfiyarİmanov, Tofiq Kazımov kimi nəhəng insanlar müəyyən edirdi. Onlarla yaradıcılıq əməkdaşlığıetmək, ünsiyyət qurmaq o qədər də sadə məsələ deyildi.

Düz 30 il "Bakı"da çalışdım, Nəsir müəllim təkcə mənə yox,redaksiyada çalışan hər əməkdaşa valideyn qayğısı göstərdi, əsl ağsaqqallıq elədi.Baş redaktor kimi nə qədər tələbkar, sərt idisə, insan kimi mehriban, qayğıkeşidi. Onun mənə etdiyi yaxşılıqları heç zaman unuda bilmərəm.

"Müslüm məni Moskvaya dəvət edirdi, burda isə məni katib qoymaq istəyirdilər...”

Artıq yetərincə tanınırdım. Maddi vəziyyətim də düzəlmişdi, bacılarımınikisini də köçürmüşdüm, ev-eşik sahibi eləmişdim. Moskvada təhsil alanqardaşıma, hətta uşaqlıq dostlarımdan birinə hər ay pul göndərməyə də gücümçatırdı.

Təvazökarlıqdan uzaq olsa da, deyim ki, məni transfer eləmək istəyənlərçox idi. Kiçik yaşlarımdan dostluq etdiyim, Azərbaycanı bütün dünyada tanıdanMüslüm Maqomayev məni öz yanına aparmaq istəyirdi, xəbərim olmadan iş dətapmışdı. Respublikamızın Moskvadakı daimi nümayəndəliyində mətbuat katibi təyinolunmalı idim. Amma mən dostumun təklifindən imtina etdim. Mərkəzi Komitədəyüksək posta təyin edilən dostlarımdan biri isə Mingəçevirin birinci katibi vəzifəsindəgöndərilməyimlə bağlı aidiyyəti şəxslərə təklif vermişdi. Mənim rəyim soruşulanməqamda bu təklifə də "yox" cavabı verdim. Çünki özümüjurnalistikadan başqa sahədə təsəvvür eləmirdim. Üstəlik, Nəsir müəllim kimixeyirxahımdan, onun "Bakı"sından ayrılmaq istəmirdim.

"Heydər Əliyev "Yol” kitabım haqqında elə bir söz dedi ki...”

Çox xoşbəxtəm ki, Heydər Əliyev məni bir jurnalist kimi tanıyıb və həmişəhörmət edib. Bu tanışlığın qəribə birtarixçəsi var. 1970-ci ildə ciddi araşdırmadan sonra "Bakı" qəzetindəDövlət Filarmoniyasının rəhbəri barədə tənqidi yazı hazırlamışdım. Həmin yazı MərkəziKomitənin bürosunda müzakirəyə çıxarılanda müəllif kimi mən də dəvətolunmuşdum. Heydər Əliyev məni göstərib dedi ki, bir neçə dövlət orqanının görməliişi bu arıq, cavan oğlan təkbaşına görməyi bacarıb, sizə dərs verib. Müzakirəninsonunda bir neçə vəzifəli şəxs cəzalandırıldı.

Bu böyük şəxsiyyətin personasına qadağa qoyulan illərdə belə həm Bakıda,həm də Naxçıvanda onunla dəfələrlə görüşmüşəm. Belə görüşlərdə Heydər Əliyev həmişəkövrəlirdi, deyirdi ki, sən qorxmursan mənimlə görüşməkdən, axı sənin üçünproblem yarada bilərlər...

Heydər Əliyev prezident seçiləndən sonra İrana və İngiltərəyə rəsmi səfərlərizamanı mənim də nümayəndə heyətinin tərkibinə daxil olmağımı şəxsən özütapşırmışdı. Hər iki səfərimizdə maraqlı söhbətlərimiz oldu. Londona uçandaprezident təyyarəsində mənə dedi ki, Fazil, "Yol" kitabının birincihissəsini çox fəndgirliklə yazmısan, oxuduqca əlimdən yerə qoya bilmədim.İkinci kitabı yazanda xəbər elə, nə lazımsa kömək edək.

Təəssüf ki, "Yol"un ikinci kitabını görmək Ulu Öndərə qismətolmadı.

30 ölkədə soydaşlarımızı soraqlayan jurnalist

Dünyanın 30-dan çox ölkəsində olmuşam, Venesueladan Yaponiyaya,İndoneziyadan Amerikaya qədər gəzib dolaşmışam. Çox maraqlı insanlarla görüşmüşəm.ABŞ-ın San-Fransisko şəhərində olarkən Səttarxanın nəvələrini tapdım, onlarınqonağı oldum. Almaniyaya səfərlərimin birində isə böyük yazıçımız Mirzəİbrahimovun qardaşı ilə görüşə bildim. Sovet dövründə Mirzə müəllimin xariciölkədə qardaşı olduğunu heç kim bilməyib, əks halda belə böyük dövləti vəzifələriona etibar etməzdilər. Hələ mən həbsdən, repressiyadan danışmıram.

Yaponiyada olanda Mirzə Fətəli Axundzadənin kötükcələrini axtarıbtapmışam. Mənə dünya şöhrətli aktyor, əslən Azərbaycandan olan Robert Osseyinlə- Rüstəm Hüseynzadə ilə görüşmək, Parisdən Nyu-Yorka qədər təyyarədə onunlasöhbətləşmək nəsib olub. Sonra bu münasibətlər dostluğa çevrildi, Bakıda onunlagörüşdüm. Təəssüf ki, biz uzun illər Robert Osseyin kimi məşhur azərbaycanlıdanistifadə edə bilmədik, filmlərimizə dəvət etmədik, dünyaya onu soydaşımız kimitanıtmağı bacarmadıq. O, özü də həmişə bundan gileylənir, deyirdi ki, Azərbaycanmənə yiyə durmadı. Son illər Heydər Əliyev Fondu Parisdə tədbirlər təşkil edəndəRobert Osseyin böyük həvəslə gəlib tamaşa edir.

Sponsora ehtiyacı olan "Rəşid Behbudov”

75 yaşında olmağıma baxmayaraq bu gün də yazıram, günümün çox hissəsiniarxivlərdə keçirirəm, Azərbaycan və dünya incəsənətində baş verən prosesləriyaxından izləyirəm. Bir neçə il öncə iki cilddən ibarət "Bu ismidə bircan" kitabımı ictimaiyyətə təqdim etdim. Milli Elmlər Akademiyasınınvitse-prezidenti, Milli Məclisin Komitə sədri, akademik İsa Həbibbəyli iləgörüşəndə dedi ki, bu kitab bir jurnalistin, bir publisistin yox, sanki bir tədqiqatinstitutunun ərsəyə gətirdiyi elmi əsərdir. Bu kitab hər birimizin evindəolmalıdır.

Dostlarıma minnətdaram ki, əvvəllər kitablarımın çapına maddi və mənəviyardım göstəriblər. Səhnəmizin və kinomuzun qüdrətli aktyoru Ələsgər Ələkbərovhaqqında yazdığım kitab son oxunuş mərhələsindədir, təxminən 15-20 gündən sonraçap olunacaq. Dünya şöhrətli Rəşid Behbudov barəsində qələmə aldığım kitabçoxdan hazırdı. Ən böyük arzularımdan biri həmin kitabın çapını görməkdir. Ammanə Rəşid Behbudovun ailəsi, nə də mən sponsor tapa bilmirik. İmkanlıadamlarımız, biznesmenlər kitab nəşrinə pul xərcləmək istəmirlər. Müasir dövrünHacı Zeynalabdin Tağıyevini hardan tapım...

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV