ÖLÜ XORTLADI…

FAİQ QİSMƏTOĞLU
65050 | 2017-02-03 15:43

… Öncədən oxucuların diqqətinə çatdırmaq istəyirik ki, qələmə aldığımızhadisə olmuş əhvalat əsasında yazılıb. Belə ki, günlərin birində Əhməd kişinin oğlu10 yaşlı Rəşid özünü pis hiss eləyir. Daha doğrusu, ona möhkəm soyuq dəyir və uşaqda sətəlcəm olur. Ora aparırlar, bura aparırlar, həkimlər bir əlac eləyə bilmir.Və uşağın da vəziyyəti günbəgün ağırlaşır...

… Bir axşam da uşağınhərarəti 42-yə çatır. Yenə həkim çağırırlar, yenə həkim uşağa baxır və başını bulayır.Deyir ki, bunun işi mənlik deyil. Uşağınatasının gözləri dolur, əli hər yerdən üzülür və çəkilib kənarda uşağının dünyasınıdəyişəcəyi anı gözləyir…

… Səhər açılandakəndə səs yayılır ki, bəs Əhməd kişinin oğlu Rəşid rəhmətə gedib. Bütün el-oba yığışıb Əhməd kişininhəyətinə gəlir. Ağlayan kim, hönkürən kim, Əhməd kişiyə ürək-dirək verən kim. Sanki bir anın içərisində hər şey alt-üst olurvə Əhməd kişinin əli hər şeydən üzülür və Allahın verdiyi bu dərdlə razılaşmalıolur...

… Uşağı yuyata aparırlar,yuyurlar, pambığa, kəfənə büküb cənazəyə qoyurlar. Molla meyit namazı qılır və bundan sonra Rəşidi cənazəyəqoyub çiyninə alırlar. Cənazənin altında əmisi Rəhim kişi hönkür-hönkür ağlayır.Bir qədər gedirlər, yenə cənazənin altına çiyin verənlər bir-birini əvəzləyir. Bayırdada gün çıxıbmış. Gün də elə bir istilik yaradır ki, günəşin şüası rəhmətə getmişuşağın düz alnına, üzünə düşür. İsti bir az da artır, uşağın bədəninə, qanına işləyir.Necə olursa, birdən uşağın burnundan qan açılır və gözünü açıb görür ki, pambığınvə ağ kəfənin içindədi. Camaatın çiynində qəbiristanlığa aparılır. Uşaq birdən-birəcənazədən ayağa qalxır. Bunu görən adamlar qorxuya düşürlər. Cənazəni yerə atıbhərə bir tərəfə qaçır…

…Uşağın əmisi Rəhimkişi də bu möcüzəyə məəttəl qalır. Yerdən müxtəlif adamların səsləri gəlir:

- Ayə qoymayın qaçsın,ölü xortdayıb! Tez vurub öldürün!

…Uşaq isə lüt-üryandüz birbaşa ordan evlərinə sarı qaçır. Gendən baxanlar lap qorxuya düşürlər.Biri əlinə yaba, biri əlinə balta və biri də əlinə dəhrə alıb uşağın dalınca düşürlər.Uşaq da elə-belə uşaq deyilmiş.Çox zirəng, fərasətli və qoçaq uşaq imiş. Birbaşa həyətlərinə gəlir, evlərinə girir və evdəkilərdə uşağı lüt görəndə ürəkləri gedir…

Həyətdəki və evdəkiarvadlar qorxuya düşürlər. Deyirlər ki, ay balam, bu Rəşid xortlayıb. Bəs bunu niyə vurub öldürmürlər?!O xortlayıbsa, deməli, bizdən kimisə basıb yeyəcək…

Kəndbir-birinə dəyir və molla da əlində təsbeh qaça-qaça ürəyi ağzından çıxıbmış kimiözünü həyətə çatdırır. Onun ardınca əllərində dəhrə, balta, yaba olan adamlar durubbağırmağa başlayırlar:

-Əhməd kişi, uşağı ver bizə təpəsini əzək!!! Yoxsa bu xortlamış uşaq bizim axırımızaçıxacaq…

Əhmədkişi evdəki qoşalülə tüfəngini götürür, uşağı evdə gizlədib çölə çıxır. Və görürki, camaat yenidən əlində dəhrə, balta, yaba onun evinə hücum çəkir. Əhməd kişi bir yerə baxır, bir göyə,düşünür ki, bir qədər də ləngisə əllərində dəhrə, balta, yaba olan adamlar evə girəcəkvə uşağı qanına qəltan edəcək…

O,əsəbi halda qışqırır:

-Bir köpək oğlu irəli addım atmasın! Yoxsa bu qoşalülə tüfəngin patronlarının hamısınıonun başına çaxacam!!!

Tüfəngihazır vəziyyətə gətirir, çaxmağı çəkir və havaya iki dəfə atəş açır. Teztüfəngi yenidən doldurub çaxmağı yenidən çəkmək istəyir. Ətrafına baxandagörür ki, əlində dəhrə, balta, yaba olan adamlardan biri də qalmayıb. Kəndin mollasıisə necə qorxubsa, ayaqqabılarını yadından çıxarıb dabanına tüpürüb elə qaçıb ki,heç kim onu kənddə gördüm deməyib.

Bu əhvalatdan sonrakənddə hamı Əhməd kişiyə bir qəhrəman kim baxıb. Deyiblər ki, Əhməd kişi tüfəngəəl atmasaydı, bu nadanlar və cahillər uşağı vurub qanına qəltan eləyəcəkdi. Uşaqda çox ağıllı uşaq imiş. Hətta o həyətə gələndə onun üçün ağlayan arvadlar da qorxularındanayaqyalın, başı açıq qaçıb ordan gediblər...

Atası da uşağa deyirki, ay bala, gör qapımızda nə qədər ayaqqabı qalıb. Apar onları ver yiyələrinə.Kişi də bu ayaqqabıların hamısının kimə məxsus olduğunu tanıyırmış. Uşaq ayaqqabılarıbir torbaya yığır və bir-bir aparıb qapı-aqpı paylayır. Çölə çıxan arvadlar uşağıgörəndə qorxularından yenidən ürəkləri gedir...

… Uşaq bu hadisədənsonra uzun illər yaşayır, oğul-uşaq sahibi olur və nəvə-nəticə görür. Həmişə dəbaşqaları bu uşağa qibtə ilə baxırmışlar. Deyirlərmiş ki, balam, Əhməd kişinin oğlutay indən sonra ölən deyil. Çünki Əzryılgəlmişdi onu aparsın, gücü çatmadı. İndi də bığlı-saqqallı bir kişidi…


TƏQVİM / ARXİV