adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Fevral 2017 15:29
10734
MARAQLI
A- A+

MOLLANIN KƏND CAMAATINA QƏRİBƏ ZARAFATI

Türkiyənin Manisa vilayətinin bir köyünün imamı (mollası) camaata çox qəribə bir əmr verib: kənddə kiminsə ölməyinə icazə vermirəm.

Məscid təmir edildiyindən, eləcə də məsciddə tabut və müsəlla daşı olmadığından belə bir əmr imzalayıb. Və qəribədir ki, məscidin təmiri bitənədək, tabut və müsəlla daşı gətirilənədək (üç ay çəkib) kənddə heç kim ölməyib. Əmri ləğv edəndən iki gün sonra öz qayınatası ölüb. Arvadı yapışıb yaxasından ki, sən əmri ləğv eləməsən atam ölməzdi.

O da deyib ki, rəhmətliyin qızı, Allah sənə ağıl versin, mən bir zarafat eləmişdim. Mənim əmrimlədi kiminsə yaşamağı, ya ölməyi?

Televizyonda çıxış edirdi. Almaniyadan gətirtdiyi təzə tabutu göstərib dedi ki, bu tabutda ilk dəfə kimi götürsək ona bir cümhuriyyət altunu bağışlayacam və təbii ki, özünə yox, ailəsinə.

Yenə zarafatından qalmadı.