adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Fevral 2017 15:13
12413
KRİMİNAL
A- A+

Orta məktəbdə şagirdin bıçaqlanması ilə bağlı – RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakıda şagirdin bıçaqlaması ilə bağlı məsələyə aydınlıq gətirib.

Adalet.az  xəbər verir ki, idarədən "Report”a bildirilib ki, fevralın 3-də səhər saat 8 radələrində Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbdə dərs başlamamışdan əvvəl məktəbin həyətində IX sinif şagirdi N.Musayev onunla eyni sinifdə oxuyan E.Əmənova bıçaqla xəsarət yetirib.

Məlumata görə, məktəbdən təcili tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.