ANA SƏHİFƏ / YAZARLAR

Qorxulu yuxularım

23100    |   2017-02-03 11:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son vaxtlar yuxularımda çox əzab çəkirəm. Kabuslar, insanlar yaddaşımı zəbt ediblər. Beynimin içində əməlli-başlı məskən salıblar. Yuxudan ayılandan sonra özümə gəlməyim bəzən günlərcə çəkir. 

Özümə sual verirəm ki, bilmədən kimisə öldürmüşəm? Kiminsə haqqını yemişəm? Suallarım cavabsız qalır. Həyatım qaydasında, məni sevən bir qız, gözəl bir işim, mehriban bir kollektivim var. Həftəsonları tamaşalara gedirəm. Bəs bu yaddaşımdakı qarabasmalar niyə cəhənnəm olub yoxa çıxmır - deyə fikirli-fikirli düşünürəm.

Yaşadığım müddətdə çox ayrılıqlar yaşamışam. İnsan fiziki cəhətdən ayrılır, ancaq mənəvi tərəfdən ayrılmır, qopmur. Zamanla ayrıldığın adamın üzü-gözü, gülüşləri, dediyi sözlər yaddaşında kök salır.

Koreyalı rejissor Kim Ki Dukun "Yuxu” filmi yadıma düşür. Sevgilisindən ayrılan oğlan yuxularında dəhşətli dərəcədə əzab çəkir. Oğlan köhnə sevgilisini unuda bilmir, yuxularında onu axtarır. Qız isə lunatikdir, zəhləsi getdiyi köhnə sevgilisinin yanına gedir, özü istəmədən. Xatirələr də əzab verir.

Əzablara tab gətirə bilməyən qəhrəmanımız əlini, ayaqlarını kəsik-kəsik edir ki, yatmasın. Çox dəhşət filmdir.

Bəzən gecənin bir yarısı qan-tər içində yuxudan ayılıram. Soyuq su üzümə çırpıram, bir siqaret yandırıb, pəncərimizdən boş yola baxıram, daha doğrusu donub qalıram. Yuxunun təsiri ovqatımı darmadağın edir. Heç nə düşünə bilmir, key kimi oluram.

Ancaq həyatda gördüyümüz şeyləri yuxuda görürük. Çox vaxtı yuxuda tanımadığımız insanları görürük. Lakin, unutmaq lazım deyil ki, təfəkkürümüz insan simaları yarada bilmir. Yuxuda görüb tanımadığımız insanlar həyatda görüb sadəcə unutduğumuz simalardır. Unutmaq isə heç vaxt mümkün olmur. İnsan itirdiyini itirir, ancaq yaddaşını, xatirələrini yaşadığı müddətdə itirmir.

Azərbaycan ədəbiyyatı yuxularla zəngindir. Az qala bütün obrazlar yuxu görürlər. İsa Hüseynovun "Tütək səsi” povestində, Yusif Səmədoğlunun "Qətl günü” əsərində, Mövlud Süleymanlının "Köç” əsərində, Anarın əsərlərində, Afaq Məsudun "Azadlıq” və "İzdiham” romanlarında yuxudan geniş istifadə olunub.

Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyl-veyl dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK