Daxili orqanından qızıl çıxdı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və gömrük bəyannaməsinin bəndləri üzrə sorğu-sual edilib. Vətəndaş isə üzərində gömrüyə bəyan ediləsi və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı bir əşyanın olmadığını bildirib.
Lakin şəxsi yoxlama zamanı, gömrük əməkdaşının vətəndaşı bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.
Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını - 12 ədəd üzük, 7 cüt sırğa, 2 ədəd qolbaq, 3 ədəd qolçaq, 4 ədəd boyunbağı və 1 ədəd kolyeni çıxararaq gömrük nəzarətinə təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 354,70 qram olan 875/916 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Digər Xəbərlər
18 Aprel 2024 18:19
Bakıda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana götürüldü - VİDEO
18 Aprel 2024 14:21Zəngilanda silah-sursat aşkarlandı
18 Aprel 2024 09:22Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
17 Aprel 2024 19:41İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Aprel 2024 09:43