adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Fevral 2017 11:43
11553
MARAQLI
A- A+

Dünyanın ən bahalı brendi açıqlandı

"Google” şirkəti "Apple” korporasiyasını geridə qoyaraq dünyanın ən bahalı brendləri reytinqində birinci yeri tutub.

Adalet.az Gazeta-ya istinadən yazır ki, "Brand Finance” konsaltinq şirkətinin tədqiqatlarının nəticələri bunu göstərir.

"Google” brendinin 2016-cı ildə dəyəri təxminən dörddə bir dəfə artaraq 109,47 milyard dollara çatıb.

"Apple” brendi isə 27% ucuzlaşaraq 107,141 milyard dollardan ibarət olub.

Amazon.com internet-riyelter üçüncü yeri tutub, onun brendinin dəyəri 106,396 milyard dollar həcmində dəyərləndirilir (artım 53%).

AT&T telekommunikasiya şirkəti 45%-dən çox bahalaşaraq 87,016 milyard dollara çataraq reytinqdə dördüncü yeri tutub. "Microsoft” şirkəti brendinin 13% bahalaşaraq 76,265 milyard dollardan ibarət olmasına baxmayaraq, beşinci yeri tutub.

Altıncı yerdə ilk dəfədir ki, qeyri-Amerika şirkəti olan Cənubi Koreyanın elektronika istehsalçısı "Samsung” (66,219 milyard dollar, artım 13%) yer alıb.