adalet.az header logo
  • Bakı 13°C
31 Yanvar 2017 22:46
9259
MARAQLI
A- A+

Ayda həyat izləri tapıldı

Yapon alimləri Ayda həyat izləri və oksigen aşkar ediblər.

Adalet.az xəbər verir ki, aparılan tədqiqatın nəticələri "Nature Astronomy” jurnalında dərc olunub.

Mütəxəssislər SELENE (Selenological and Engineering Explorer) yapon peykindən alınan məlumatları təhlil ediblər. Peyk Ayın reqolit qatının dərinliklərində bir neçə mikron oksigen aşkar edib.

Oksigen ora təxminən 2,5 milyard il əvvəl Yer kürəsinin atmosferindən hərəkət etməyə başlayıb. Həmin vaxt planetin atmosferində ilk dəfə əhəmiyyətli miqdarda oksigen yaranıb.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, beləliklə peyk Yer kürəsinin qədim materiyasını saxlamağı bacarıb.

SELENE peyki 2007-ci il sentyabrın 14-də buraxılıb və 2009-cu il iyunun 10-da öz mövcudluğunu dayandırıb. Aparat Yaponiya tərəfindən buraxılmış Ayın ikinci süni peyki olub. Onun missiyasına Ayın mənşəyi və səht quruluşunun tədqiqatı məsələləri daxil idi.