adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Yanvar 2017 13:56
14053
ŞOU-BİZNES
A- A+

Antonio Banderas xəstəxanaya yerləşdirildi

Məşhur Hollivud aktyoru Antonio Banderas İngiltərədə xəstəxanaya yerləşdirilib.

Bir neçə gün əvvəl məşq zamanı 56 yaşlı aktyor sinəsində güclü ağrılar hiss edib. Ağrılarla əlaqədar Banderas dərhal xəstəxanaya çatdırılıb.

Müayinələrdən sonra onun həyatına heç bir təhlükənin olmadığını deyən həkimlər, aktyorun evə buraxılmasına icazə veriblər.