ANA SƏHİFƏ / YAZARLAR

Sehrli, qorxulu gündən REPORTAJ

26158    |   2017-01-30 11:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Musiqi Dram Teatrına gedərkən...

Hava proqnozunda sabaha qar yağacaq dedilər. Uşaqlar kimi sevinir, atılıb-düşür, evdəkilərə təbəssüm paylayırdım. Üstəlik sabah da həftəsonu. Daha mən nə istəyim?

Səhər duran kimi pəncərəyə qaçdım. Məhəlləmiz boz görünürdü. Sulu qar yağırdı. Sevgilimə zəng vurdum, dedim, görüşək teatra gedək. Sevincək təklifimi qəbul etdi. Az sonra qapımız taqqıldadı. Bu da sevgilim. Elə bil quş olub uçub gəlmişdi. Üzündə təbəssüm vardı, gözləri parıldayırdı. Özümüzü küçəyə atdıq.

Hava buz kəsirdi. Göydən qar dənəcikləri üzümüzə, kipriklərimizə yayılırdı. Yollar yapışqanıydı, tez-tez addımlaya bilmirdik. Qar da bir dəqiqə ara vermirdi. Şəhərin mərkəzi tərəfləri gölməçələrlə dolu idi. Gəzilməli hava deyildi. Elə bil ucqar bir kənddə yolumuzu itirmişdik. Eynəyim buxarlanmışdı, ayaqlarımı, qarşımı görə bilmirdim. Ara-bir sevgilim yıxılırdı. Küçələrdə adamlar gözə çarpmırdı. Bir anlıq mənə elə gəldi ki, yer üzündəki adamlar donaraq ölüblər. Bircə ikimiz qalmışıq. Ayaqlarımı, əllərimi hiss etmirdim. Üstəlik papağımı da evdə unutmuşdum. Saçım şıppıldaq su içində, burnum isə donmuşdu. Teatrın yolu o qədər uzaq yerdə deyildi. Ancaq ara verməyən qar və yolların gölməçəli, yapışqan qarı ayaqlarımızı çətinliklə yerindən tərpədirdi.

Yolun kənarına çatmışdıq. Maşınlar belə tək-tük gözə dəyirdi. Sürətləri azalmış, siqnal səsləri kəsilmişdi. Bu da teatr, çatdıq. Sevgilimin üzündə qardan sonra çıxan günəş şüası kimi parlaq təbəssüm vardı...

Teatra çatdığımıza görə sevincimizin həddi yox idi. Elə bil cırtdanın işıqlı tərəfi tapması kimi... Qapını bığı burmalı bir kişi açdı. Biletlərimizi təqdim edib içəri keçdik. Qapıçı kişi tez gəldiyimizi dedi. Teatrın birinci mərtəbəsi qaranlığa qərq olmuşdu, ancaq içəri isti idi. Çətinlikə oturacaq tapdıq. Qaranlıqdan səs gəldi: "Orda oturmayın, su içindəsiniz, paltolarıızı verin”.

Fikirləşdim ki, bu qaranlıqdakı səs bizim paltolu olduğumuzu hardan bildi. Səsə doğru addımladıq. Lampa işığı közərdi. Yaşlı bir qadın silueti işıqda bərq vurdu.

- Deyəsən, çox islanmısız

- Hə, xanım, yaman yağır.

Araya sükut çökdü. Paltolarımızı verib qaranlığa qayıtdıq. Tamaşanın başlamasına bir saat qaldığına görə işıqları yandırmırdılar. Foyenin sağ tərəfində uzun dəhlizin sonunda közərən işıq görünürdü. İşığa doğru addımladıq. Sevgilim əlimdən tutmuşdu, deyəsən bir balaca qorxmuşdu.

Bu işıq balaca bir kafedən gəlirdi. Boş stollar və yaşlı bir adam. Kofe sifariş verdik. İsti kofe canımızı qızdırdı...

Həzin bir musiqi səsi gəlirdi. Pəncərədən qar rəsmi, kimsəsiz kafe, həzin musiqi, isti kofe... Daha nə istəyək?

Az keçməmiş teatrdan insan səsləri gəlməyə başladı. Tamaşaçılar gəlməyə başlayır, işıqlar da yanırdı.

Bu sehirli anımız insanların səsi ilə pozulmağa başladı, işıqlar, qoxular bir-birinə qarışırdı. Qaranlıqdan çıxan insanlar üstümüzə şığıyırdı. Bir anlıq Çexovun hekayəsindəki qəhrəman kimi düşündüm: "İlahi, bu qədər insan nəyə lazımdır”.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK