adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Yanvar 2017 22:00
26136
TEXNOLOGİYA
A- A+

Azərbaycanda komputerlərin istehsalı artıb

Ötən il kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 171,0 milyon manatlıq məhsul istehsal olunub. 2015-ci illə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 7,4 faiz, elektrik avadanlıqlarının istehsalı isə 3,3 dəfə artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il 2015-ci illə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 1,8 dəfə artıb, məişət soyuducularının istehsalı 20,9 faiz, 1 kilovoltdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı isə 90,7 faiz azalıb.

Bununla yanaşı, hesabat dövründə 11,3 min ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları, 103 ədəd məlumatın saxlanması üçün mərkəzi vahidlər, 135 ədəd dəyişən cərəyanla işləyən generatorlar istehsal edilib.