Təbrizin küçələri və 35-ci Fəcr...

ETİBAR CƏBRAYILOĞLU
44858 | 2017-01-27 18:09

Son illərmaraqlı beynəlxlaq layihələr həyata keçirən, müxtəlif festivallara dəvət alan vəAzərbaycan incəsənətini layqincə təmsil edən Dövlət Musiqili Teatrı 2017-ci ilə də uğurla başlayıb. İran İslam Respublikasında keçirilən 35-ci FəcrBeynəlxalq Teatr Festivalında iştirak edən kollektiv bu nüfuzlu sənət yarışındada sözünü deməyi bacarıb. Repertuarındakı ən maraqlı tamaşalardan biri- ÜzeyirHacıbəylinin "Ər və arvad” musiqili komediyası ilə festivala qatılan DövlətMusiqli Teatrı İrandan mükafatla qayıdıb.

Salamaparanlar...

AzərbaycanDövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıqüzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonşu ölkədə keçirilən beynəlxalq teatrfestivalı, kollektivin qazandığı nailiyyət barədə danışıb və təəssüratlarını qəzetimizinoxucuları ilə bölüşüb: "Dövlət Musiqili Teatrının yenidən Fəcr Beynəlxalq TeatrFestivalına dəvət olunması mühüm mədəniyyət hadisəsi idi. Dünyanın 20-yə yaxınölkəsininin teatr kollektivlərinin qatıldığı bu nüfuzlu festivalda iştirak etməkiftixar və qürur duyucu bir hiss idi. Həm də bu kollektivin məsuliyyətiniartırırdı. Festivalın rəsmi açlışım mərasimində mənə çıxış üçün şəraityaradıldı. Elə bilirəm ki, bunun özü dəhəm bizim teatra, həm də bütünlükdə Azərbaycan mədəniyyətinə olan hörmətdənqaynaqlanırdı. Çıxış zamanı festival təşkilatçılarına və tamaşaçılarına Bakıdansalamlar gətirdiyimi dedim, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına uğurlararzuladım”.

ƏliqismətLalayev müasir Azərbaycan teatrı, bu gün Avropada və dünyada gedən teatrprosesi barədə məlumat verib, dövlətimizinson illərdə teatr sənətinə göstərdiyi diqqət və qayğıdan, bu sənətin inkişafıüçün qəbul olunan dövlət proqramından ətraflı danışıb: "Bildirdim ki, Dövlət Musiqili Teatrının 107 yaşı var.Teatrımızın əsası 1910-cu ildə dahi Üzeyir Hacıbəylinin məhz bu festivaldanümayiş etdirəcəyimiz məşhur "Ər və arvad” iki hissəli musiqili komediyası iləqoyulub. Bu tamaşada həmişə istedadlı aktyor və aktrisalarımz rol alıblar, bugün də "Ər və arvad”ı teatrımızın istedadlı sənətçiləri təqdim edirlər”.

Mükafat gətirənlər

AzərbaycanDövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr BeynəlxalqTeatr Festivalında ölkəmizi layiqincə təmsil etməyi bacarıb. Yaradıcı kollektivdünyanın 20-dən çox ölkəsinin qatıldığı ənənəvi sənət yarışmasında dahi ÜzeyirHacıbəylinin "Ər və arvad” iki hissəli musiqili komediyasını təqdim edib.Direktorun sözlərinə görə, Azərbaycandan gələnsənət ustalarının çıxışı böyük marağa səbəb olub: "Anşlaqla keçəntamaşanı həm festival iştirakçıları, həm dəTəbriz tamaşaçıları böyük maraq vərəğbətlə qarşıladı. "Ər və arvad”ınifaçılarını uzun müddət sürəkli alqışlara qərq etməklə sevgilərini ifadə edəntamaşaçılar onları dəfələrlə səhnəyə dəvət etdilər”.

Təbrizlitamaşaçıların xahişini nəzərə alan 35-ci Fəcr Beynəlxalq Teatr Festivalının təşkilatçıları istisnaolaraq "Ər və arvad” tamaşasını ikinci dəfə oynanılmasına razılıq veriblər: "Teatrımız ikinci dəfədirki, belə şərəfrə nail olur. Bir neçə il öncə Fəcr Beynəlxalq Teatr Festivalındaiştirak edərkən Üzeyir bəyin ölməz "O olmasın, bu olsun” tamaşasını da iki dəfəoynamalı olduq. Bildiyiniz kimi, Xalq artisti Cənnət Səlimovanın quruulşverdiyi həmin tamaşada Məşədi İbad obrazını canlandıran Əməkdar artist ŞövqüHüseynov bu rola görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə”mükafatına layiq görülüb”.

"Ər və arvad”Təbriz tamaşaçılarının rəğbəti və alqışı ilə yanaşı 35-ci Fəcr Beynəlxalq TeatrFestivalının mükafatını da qazanıb. Əliqismət Lalayev bu mükafatı rəbhərliketdiyi teatrın növbəti uğuru sayır :"Kollektivimizin üç üzvü bu möhtəşəm festivalın mükafatına layiq görüldü. Azərbaycan Respublikasının Əməkdar artistləri Nahidə Orucova "Ən yaxşı qadınrolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə "Ən yaxşı kişi rolununifaçısı” nominasiyası üzrə qalib oldular. Mükafatlar təqdim olunarkən bütün zalayağa qalxıb onları alqışlayırdı. Bunun özü bizə olan böyük sevginin göstəricisiidi. Sevinirəm ki, Musiqili Teatr 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında ölkəmizilayiqincə təmsil etdi, beynəlxalq arenada daha bir uğura imza atdı”.

Qeyd edək ki,35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunan "Ər və arvad”tamaşasının quruluşçu rejissoru mərhum rejissor Yusif Əkbərov, quruluşçudirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənətxadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov,quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdarartist Vaqif Məstanovdur. Tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, ƏləkbərƏliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov,Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

UstadŞəhriyarın məqbərəsi önündə

AzərbaycanDövlət Musiqili Teatrın kollektivi İranİslam Respublikasında olarkən Təbrizin gəzməli, görməli yerlərini ziyarət edib,maraqlı görüşlər keçirib. Əliqismət Lalayevin sözlərinə görə, yerli sakinlər Azərbaycandangələn səhnə ustalarını böyük mehribanlıqla qarşılayıblar: "Qonşu ölkədəolduğumuz günlərdə özümüzə qarşı çoxböyük diqqət və sayğı gördük. Təbrizin küçələrində insanlar bizə yaxınlaşır, həmsöhbət olur, şəkilçəkdirir, qonaqpərvərlik göstərirdilər. Bəzi sakinlər qaldığımız otelə qədərbizi müşaiyət edirdi”.

İranda olarkənDövlət Musiqili Teatrının kollektivi və Azərbaycan nümayəndə heyətinin üzvləriböyük şair, ustad Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini və Təbriz şəhərindəyerləşən "Azərbaycan Muzeyi”ni də ziyarətediblər.

Bir gözümüz Bakı, bir gözümüz Təbriz...

35-ci Fəcr Beynəlxalq Teatr Festivalı keçiriləngünlərdə İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi AzərbaycanOstanlığının Mədəniyyət İdarəsində Musiqili Teatrın kollektivi və Azərbaycannümayəndə heyəti ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan İranİslam Respublikasının AzərbaycandakıMədəniyyət Mərkəzinin rəhbəri Seyidİbrahim İbrahimi iki ölkə arasında mədəni əlaqələrin son vaxtlar daha da genişləndiyini,ortaq tarixi, adət-ənənələri, mədəniyyət bağları olan xalqlarımızın buyaxınlığının gələcək nəsillər üçün faydalı olacağını vurğulayıb. Görüş zamanıbildirilib ki, apreldə İranİslam RespublikasındaAzərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulur. Tehranda,İsfahanda və Ərdəbildə Azərbaycan incəsənət ustalarının iştirakı ilə müxtəlif tədbirlərkeçiriləcək. Tədbirlər planına həm də elmi konfransların, yubiley tədbirlərinin,seminar və görüşlərin keçirilməsi də daxildir.



Azərbaycannümayəndə heyətinin rəhbəri, Dövlət Musiqili Teatrının direktoru, Əməkdarincəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev çıxış edərəkTəbrizdə Azərbaycan tarixinə, mədəniyyətinə göstərilən yüksək diqqət vəmaraqdan məmnun qaldığını söyləyib, 107 yaşlı Musiqili Teatrın Təbrizə səfərininböyük əhəmiyyət daşıdığını vurğulayıb: "Təbriz teatr mühitində mühüm bir dönüşyaratmış gənc və istedadlı sənət fədaisi Babək Nəhreyn ilə işbirliyi haqqındailkin razılığa gəlmişik. İnanıram ki, bu qarşılıqlı əlaqələr hər iki tərəf üçünfaydalı olacaq.

Görüşdəçıxış edən İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi AzərbaycanOstanlığının Mədəniyyət İdarəsinin müdiri Məhəmməd Məhəmmədpur da ölkələrimizarasında genişlənən əlaqələrə xüsusi önəm verildiyini qeyd edib. Onun sözlərinəgörə, dünənlə bu gün arasında körpü olan bu əlaqələrin gələcəkdə genişlənməsi dövrün, zamanın tələbidir.

35-ciFəcr Beynəlxalq Teatr Festivalından Azərbaycana mükafatla qayıdan DövlətMusiqili Teatrının yaradıcı kollektivi yeni tamaşalar üzərində işini davametdirir. Yaxın günlərdə teatr öz tamaşaçılarına maraqlı səhnə əsərləri təqdimetməyə hazırlaşır.

EtibarCƏBRAYILOĞLU

TƏQVİM / ARXİV