adalet.az header logo
  • Bakı 11°C
27 Yanvar 2017 10:19
135012
AVTOMABİL
A- A+

Ötən il satışa çıxarılan avtomobillərin ən maksimal qiyməti

Azərbaycanda açıq avtomobil bazarında təklifə çıxarılan avtonəqliyyat vasitələrinin ən maksimal qiyməti 300-320 min manat civarındadır.

Adalet.az-ın məlumatına görə, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

Ekspert bildirib ki, qapalı avtomobil bazarında təklif olunan avtomobillərin qiyməti isə bəzi hallarda 500 min manatdan yuxarıdır:

"Həmin avtomobillər məhdud dairədə alınıb satıldığı üçün açıq bazarda təklif olunmur”.

R.Osmanlı vurğulayıb ki, dəqiq say məlum olmasa da, 2016-cı il ərzində bahalı avtomobillərin alqı-satqısının həyata keçdiyi barədə məlumatlar var:

"Ancaq bu kateqoriyadan olan avtomobillərin də alqı-satqısı ötən illərlə müqayisədə aşağı düşüb”.

Azərbaycana ümumi avtomobil idxalına gəlincə isə, R.Osmanlı bildirib ki, 2016-cı ilin yekunlarına əsasən, Azərbaycana idxal olunan avtomobillərin sayı 15 mindən aşağı olub:

"Əvvəlki illərdə isə bu rəqəm xeyli yüksək olub. Misal üçün 2014-cü ilin sonunda bu rəqəm 100 mindən çox olub”.