Yaşamaq əlbəttə ki, heç də asan bir şey deyil.Ancaq insan yaşamağa tələsməli, yaşamaqdan zövq almalıdır. Həyatda gördüyümüz,rastlaşdığımız ən xırda detaldan belə içimizi sevgi ilə doldura bilərik. Amma,ancaq, lakin...
Düşünün, uzun müddətdir ki, evdən küçəyəçıxmırsınız, dilxorsunuz, iştahnız da kəsilib. Hisləriniz qara rənglərləboyanıb. Qərara gəlirsiniz və bir psixoloqun qəbuluna yazılırsınız...
Psixoloq sizi danışdırır, dinləyir... Sizə həyatıngözəl tərəflərini, içinizdə olan müsbət tərəfləri danışır: tez-tez gəzin,uşaqlarla vaxt keçirin, futbol oynayın, musiqi dinləyin, şokolad yeyin, əylənin,yeni insanlarla tanış olun, rəqs edin və ilaxır.
Gün gəlir, siz depressiyadan çıxırsınız, psixoloqunköməyi sizi ipdən alır.
Həftələr, aylar keçir və bir xəbər eşidirsiniz.Psixoloq intihar etdi! İnanmaq istəmir, yerinizdə dura bilmirsiziniz, əllərinizüzünüzdə qalır.
Bu günlərdə Azərbaycanın tanınmış psixoloqu DəyanətRzayev intihar edərək, həyatına son qoydu. Xəbəri gecə oxudum və sözün həqiqi mənasındasarsıldım, yuxum ərşə çəkildi. Axı necə ola bilər, bir psixoloq həyatına sonqoysun? O ki, insanlara həyat eşqi aşılayır? Suallar beynimi zəbt edirdi.
Yadıma bir filmdəki dialoq düşür.
İndi Dəyanət Rzayevözünün içində baş verənləri pasiyentlərindən, xəstələrindən, ən əsasıinsanlardan gizlədirdi.
Ən adi, ən xırda şeylərdən xoşbəxt olmaq... Bir şeirlə, bir uşaq təbəssüm ilə, bir çiçəklə inanın ki, çətin deyil. İnsan istəyərsə, beynindəki neqativ fikirləri kənara qoyarsa, içindəki sönən işığı yandırarsa, o zaman ən böyük çətinlik belə həll olunar.