ANA SƏHİFƏ / YAZARLAR

İnsanlara həyat eşqi verən psixoloqun intiharı

29368    |   2017-01-26 15:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

yaşamak şakaya gelmez,
büyük bir ciddiyetle yaşayacaksın
bir sincap gibi mesela,
yani, yaşamanın dışında
ve ötesinde hiç bir şey beklemeden,
yani bütün işin gücün yaşamak olacak...

Nazim Hikmet


Yaşamaq əlbəttə ki, heç də asan bir şey deyil. Ancaq insan yaşamağa tələsməli, yaşamaqdan zövq almalıdır. Həyatda gördüyümüz, rastlaşdığımız ən xırda detaldan belə içimizi sevgi ilə doldura bilərik. Amma, ancaq, lakin...

Düşünün, uzun müddətdir ki, evdən küçəyə çıxmırsınız, dilxorsunuz, iştahnız da kəsilib. Hisləriniz qara rənglərlə boyanıb. Qərara gəlirsiniz və bir psixoloqun qəbuluna yazılırsınız...

Psixoloq sizi danışdırır, dinləyir... Sizə həyatın gözəl tərəflərini, içinizdə olan müsbət tərəfləri danışır: tez-tez gəzin, uşaqlarla vaxt keçirin, futbol oynayın, musiqi dinləyin, şokolad yeyin, əylənin, yeni insanlarla tanış olun, rəqs edin və ilaxır.

Gün gəlir, siz depressiyadan çıxırsınız, psixoloqun köməyi sizi ipdən alır.

Həftələr, aylar keçir və bir xəbər eşidirsiniz. Psixoloq intihar etdi! İnanmaq istəmir, yerinizdə dura bilmirsiziniz, əlləriniz üzünüzdə qalır.

Bu günlərdə Azərbaycanın tanınmış psixoloqu Dəyanət Rzayev intihar edərək, həyatına son qoydu. Xəbəri gecə oxudum və sözün həqiqi mənasında sarsıldım, yuxum ərşə çəkildi. Axı necə ola bilər, bir psixoloq həyatına son qoysun? O ki, insanlara həyat eşqi aşılayır? Suallar beynimi zəbt edirdi.

Yadıma bir filmdəki dialoq düşür.

Bir adam həkimin yanına gəlir:
- Mən yaşamaq istəmirəm.
- Nə danışırsan? Həyat çox gözəldi. Məsələn, mən dünən bir sirkə getdim, kloun məni xeyli əyləndirdi.
- Həkim, həmin kloun mən idim.

İndi Dəyanət Rzayev özünün içində baş verənləri pasiyentlərindən, xəstələrindən, ən əsası insanlardan gizlədirdi.

Ən adi, ən xırda şeylərdən xoşbəxt olmaq... Bir şeirlə, bir uşaq təbəssüm ilə, bir çiçəklə inanın ki, çətin deyil. İnsan istəyərsə, beynindəki neqativ fikirləri kənara qoyarsa, içindəki sönən işığı yandırarsa, o zaman ən böyük çətinlik belə həll olunar.

Həyatda hər nə baş veirirsə, lap zəlzələ olur, küçədə qalırıqsa belə yenə də yaşamalıyıq. Yaşamağı həyatımızın qayəsi etməli, içimizi sevgi ilə doldurmalıyıq!




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK