GƏL, MİN BOYNUMA…

FAİQ QİSMƏTOĞLU
72961 | 2017-01-26 15:01

… Vəzifəli şəxs olur,heç kimi asanlıqla qəbul eləmirmiş. Elə ona görə də katibə qız onun yanına gələnhər adamı içəri buraxmırmış. Günlərin birində də çox arxalı bir adamın qohumu gəlibqıza yaxınlaşır və deyir:

- Rəisə deyin, Dadaşovunəmisi oğlu gəlib.

Qız isə diqqətləona baxır və dillənir:

- Mən deyə bilmərəm!..

- Bəs deyə bilməzsənsə,kim çatdırmalıdı rəisə mənim gəlməyimi?

Qız susur və dinmir.Sən demə, rəis də kamera vasitəsiylə onun yanına gələn adamı tanıyıbmış. Bu vaxtiçəridən düymə basılır və katibəyə zəng gəlir. Rəisin amiranə səsi eşidilir:

- Ay qız, qapınınağzında gözləyəni içəri burax! Bəs sənə o demədi ki, Dadaşovun qohumudu?

Qız:

- Rəis, dedi, ancaqbildirmisən ki, hər adamı içəri buraxmayım…

Rəis qəzəblənir vədeyir:

- Dadaşovun qohumuqapının ağzında durmalı deyil!

Əlqərəz, Dadaşovunqohumu içəri girir, rəislə görüşür, məsələni həll eləyir. Və çıxanda da başdan-ayağakatibə qızı süzür:

- Görün indi rəissizin başınıza nə oyun açacaq?

Heç bu söhbətdənbir həftə keçmir ki, rəis katibəni işdən çıxarır. Qız da barmağını dişləyir və yadınaDadaşovun qohumu düşür. Fikirləşir ki, elə mənə zərb Dadaşovun qohumundan dəydi…

Yadıma «Papaq» filmindəkiHəsənağa düşür. O Həsənağa ki, bir sözünü heç kəs iki eləyə bilmir. Bir dəfə dəNotarius idarəsində əməkdaş onun bir sözünü iki eləyir və sonra da işdən qovulur.Belə ki, Həsənağanın qohumu gəlib növbə gözləmədən içəri keçmək istəyir. Amma idarəninəməkdaşı (xalq artisti Həsən Məmmədov) onu ləngidir. Və soruşur ki, sən kimsən növbədənkənarkeçmək istəyirsən? O da deyir ki, Həsənağanın qohumuyam. Əməkdaş yenə dillənir:

-De ki, vallah, Həsənağanın qohumuyam...

-Allaha and olsun, Həsənağanın çox yaxın adamıyam...

İki-üçdəfə təkrarən əməkdaş həmin adamdan yenə soruşur. Axırda deyir ki, əgər Həsənağanınqohumusansa, onda gəl min mənim boynuma. Bu söz ona baha başa gəlir və idarənin rəisi başıalovlu özünü çatdırır onunyanına. Deyir ki, məgər sən bilmirsən Həsənağa kimdir? Həsənağa çox hörmətli, çoxnüfuzlu bir kişidi. O istəsə bir dəqiqənin içərisində bizim idarənin altını üstünəçevirər. Sən də Həsənağanın qohumunu incidirsən və növbədə saxlayırsan. Götür papağını,çıx get burdan. Məmur da papağını götürür və sakitcə çıxıb gedir…

Bugün də müxtəlif vəzifədə işləyən həsənağalarıno qədər qohumları var ki?! Onların arasındaözünü normal aparan, heç kimə dəyib-dolaşmayan sakit adamlar da az deyil. Amma elələridə var ki, Həsənağanın qohumu bunların yanında toya getməlidir. Yəni bu adamlarınxətrinə dəysən, gözlətsən, ayağını tapdalasan sənin başına bir oyun gələr ki, dəymişindura-dura kalın tökülər və səni elə günəsalarlar ki, dədənin toyu yadına düşməsə də, babanın toyunu çox asanlıqla xatırlayarsan.

Bəsnecə? Bir dəfə reyd zamanı yol polisi əməkdaşı vəzifəli şəxsin bir qohumunu saxlamışdı.A kişinin oğlu, o yazıq yol polisinin başına olmazın oyununu açdılar. Hətta işdənçıxarılmasına qədər ona təyziq göstərdilər. Sadəcə olaraq, vicdanlı adamların hesabına həmin şəxs işdən qovulmadı. Nə var, nə var həsənağalarınqohumuna qanunu pozduğuna görə, protokol yazılıb. İndi bu həngamələrdən sonra buyazıq döyülüb-söyülən yol polisi ikinci dəfə həmin həsənağaların qohumlarına protokolyazar, yoxsa yazmaz? Əlbəttə, ikinci dəfə həsənağaların qohumuna protokol yazmağagərək səndə şir ürəyi olmalıdır.

Eləbilirsiniz bu həsənağalar və həsənağaların qohumları onların ayaqlarını tapdalayanhər hansı adamı asanlıqla yola verirlər, bağışlayırlar?! Allah heç kimə, heç kəsəbu cür «mükafat» qismət eləməsin. Ən azından ona görə ki, belələrinə rast gəlsənvə belələriylə üzləşsən anandan əmdiyin süd sənin burnundan töküləcək.

Birdəfə yazıq bir avtobus sürücüsü yolda hansısabahalı maşının sürücüsünə yol vermədi. Elə bil ki, dünya dağıldı və hər şey alt-üstoldu. Bu həsənağaların qohumlarından biri maşını verdi avtobusun qabağına və yerədüşüb avtobusu saxlatdırdı. Ürəyibununla da soyumadı. Qapını açdırıb sürücüyə elə söyüşlər söydü ki, şəxsən mənimolmayan tüklərim biz-biz oldu. Bu söyüşü də söyən kişi, ya da cavan oğlan deyildiha, bir qızıydı, ağzından od tökülürdü. Elə söyüşlər yağdırırdı ki, şəxsən o söyüşlərinbirini mən bu yazıda qələmə almağa utanıram. Qadın olasan, bu cür söyüşlər söyəsənvə insanlara məhəl qoymadan sürücünün üstünə yeriyəsən. Hətta maşının şəklini çəkdivə həsənağaların qohumu dedi ki, bir-iki saatdan sonra səni harda olsan yerin deşiyindəndə tapdıracam və eşşək sudan gələnə kimi mal kimi çırpdıracağam.

Tay bilmirəm o həsənağalarınqohumu o sürücünü tapdırdı, mal kimi çırpdırdı, çırpdırmadı, amma bir onu bilirəmki, yazıq sürücü qorxusundan bəlkə də ya sarılıq xəstəliyi tutdu, yada şəkər oldu.Görünən o idi ki, abır-həyası olmayan bir qadın (əgər onu qadın demək mümkündüsə)kiməsə arxalanıb yazıq və kimsəsiz sürücünün yeddi arxa dönənini yuyub sərdi…

Bax belə! Onsuz dabugünkü həyatımız stresslə, gərginliklə və sıxıntılarla doludur. Və bir yandan dabu həsənağaların qohumları ilə üzləşəndə adam o dünyanı görüb gəlmir ey, elə o dünyadacanı çıxır. Belə çıxır ki, həsənağaların qohumları hələ də çoxdur, onlar at oynadabilərlər və yeri gələndə kimisə yerə yıxıb eşşək sudan gələnə qədər döyərlər də.Belə anları Allah heç kəsə göstərməsin və Allah bu kimsəsizləri, yazıqları yolunuazmış və qudurmuş həsənağaların qohumlarından qorusun!..


TƏQVİM / ARXİV