AQİL ABBAS: «MUMU»nu TURGENEV YAZIB, HEYKƏLİ PUŞKİNƏ QOYUBLAR

AQİL ABBAS
78603 | 2017-01-27 17:50

Bir neçə gündür mətbuat,Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları, sosial şəbəkələr bildiyiniz səbəblərdən ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətlisəfiri Polad Bülbüloğlunu hədəfə götürüblər. Hətta bir az uzağa gedib Möhtərəm PrezidentdənPolad müəllimin istefasını tələb edirlər.Belə getsə, bir azdan Putindən də tələb edəcəklər ki, Polad Bülbüloğlunu «personanon-qrant» elan eləsin. Hələ bir istehza da edirlər ki, müğənniyə niyə belə böyük vəzifə verilib. Onda gərək Amerika ictimaiyyətini daşa tutaq ki,aktyoru prezident seçmişdilər, başqa biraktyoru da böyük bir ştata qubernator.

Əvvəla, Polad Bülbüloğlumüğənni deyi. İkincisi, müğənniləri niyə aşağılayırsız ki? Və qəribədir ki, aşağılananmüğənnilər öz etirazlarını da bildirmirlərki, bizi niyə aşağılayırsız.

Və Polad Bülbüloğlumüğənni deyil. Azərbaycan xalqının görkəmli bir oğludu, görkəmli bəstəkarıdı vəictimai-siyasi xadimdi. Azərbaycanı dünyada tanıdan şəxsiyyətlərdəndir. Öz bəstələrinində qeyri-adi ifaçısıdı. Azərbaycan mədəniyyətinin, xüsusilə də musiqimizin dünyadatanınmasında çox böyük xidmətləri var.

Uzun illər Azərbaycanınmədəniyyət naziri olub. Mədəniyyətimizin inkişaf etdirilməsi və sərhədlərimizdənkənarda təbliği üçün öz şəxsi nüfuzundan da istifadə edərək əlindən gələni əsirgəməyib.Polad Bülbüloğlu Azərbaycanın pasportlarından biridi.

Və Möhtərəm Prezidentdə Polad müəllimin həm ölkə daxilində, həm ölkə xaricində, xüsusilə də Rusiyadaolan hörmət və izzətini nəzərə alaraq onu dünyanın iki strateji ölkəsindən birinə, yəni Rusiyaya səfirgöndərib. Və uzun illərdir ki, Polad müəllimdövlət başçımızın yeritdiyi xarici siyasətilayiqincə yerinə yetirir. Və unutmayın ki, Polad Bülbüloğlu sıradan bir səfirdeyil, Rusiyada söz sahibidi.

Heç kəsə sirr deyilki, ermənilər Rusiyada, xüsusilə də Moskvada çox güclüdürlər. Rusiyada elə bir strukturyoxdur ki, ermənilər həmin strukturlarda ən mühüm, hətta ən yüksək postlarda oturmasınlar.Neçə illərdi Polad müəllim Rusiyanın göbəyində onlarla döşləşə bilir və çox vaxtda onları yerində oturda bilir. Qarabağ məsələsində də ən kəskin mövqedə dayanmasındanda, ən kəskin çıxışlarından da hamımızın xəbəri var.

Bəli, Polad Bülbüloğlunabir tərəfdən Moskva erməniləri, Rusiyadakı erməni diasporları, yüksək dövlət kreslolarında əyləşənermənilər hücum edir, bir tərəfdən də özümüz. Və Polad müəllimə qarşı kampaniyaaparanlar unudurlar ki, onların bu kampaniyası təkcə hörmətli səfirimizə yönəlməyib,həm də Azərbaycana, Azərbaycan dövlətçiliyinə, Prezidentin xarici siyasətinə yönəlib.Və unudurlar ki, Polad Bülbüloğlu Azərbaycanı«kakoy-nibud» hansısa bir Afrika ölkəsində təmsil eləmir ey, dünyanın iki nəhəngdövlətindən biri olan Rusiyada təmsil edir. Sizlər Polad müəllimi dövlət başçısındandaha yaxşı tanıyırsınızmı, onun bir səfir kimi fəaliyyətindən dövlət başçısındandaha çox xəbərdarsınızmı ki, prezidentə müraciətlər ünvanlayırsız ki, onu geri çağırsın?!

Yuxarıda qeyd etdimki, Polad Bülbüloğlu Azərbaycanın pasportlarından biridi. Siz bu pasportu ləkələməyəçalışmaqla nə qazanacaqsız, bu erməni dəyirmanına su tökməkdən başqa bir işə yaramır.

Səfirlik rəsmi açıqlamayayımlayır ki, jurnalistin işdən çıxarılmasında onların heç bir rolu yoxdur və buonların səlahiyyətinə daxil deyil. Amma bu bəyanatın da heç bir xeyiri yoxdu. Nuhdeyib, peyğəmbər demirlər. Guya Polad Bülbüloğlu hətta telefon açaraq jurnalisti təhqir edib. Əvvəla,belə bir şey olubsa, onu bir Polad müəllim bilir, bir də Anar Həsənov. Anar Həsənovda belə bir açıqlama verməyib. Bəs iki adam arasında olan söhbəti sizhardan bilirsiz? Yoxsa, səfirliyin telefon danışıqlarını dinləyirsiz? Ola bilərki, Polad müəllim jurnalistə telefon açsın, bir ağsaqqal kimi danlasın da ki, oğul,sualı belə qoymaq lazım deyildi, belə bir ciddi mətbuat konfransına xüsusi hazırlaşıbgetmək lazım idi.

Qaldı mətbuat konfransına,nə jurnalistin sualında dünya dağıldı, nə də Lavrovun cavabında. Lavrovun cavabıAmerikanın yenidən kəşfi deyil, hamımızınbildiyi bir məsələydi.

Və Möhtərəm Prezidentimizİlham Əliyev də Pirəkəşküldə hərbi hissənin açılışı zamanı söylədiyi nitqdə Lavrovalazımi cavabı verdi!


TƏQVİM / ARXİV