adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Yanvar 2017 16:50
53402
HÜQUQ
A- A+

Maşallah Əhmədov məhkəmədən yenə vaxt istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M.Əhmədov yenə son söz deməkdən imtina edib. Bildirib ki, zərərçəkmişə 150 min manatlıq ziyanın 45 min manatını qaytarmağı təklif edib, lakin zərərçəkmiş razılaşmayıb. M.Əhmədov qalan ziyanı da ödəmək üçün məhkəmədən bir həftə vaxt istəyib.

Hakim M.Əhmədova təklif edib ki, 45 min manatı indi, qalan məbləği də bir həftəyə qaytarsın. M.Əhmədov isə həmin pulu verməkdən imtina edib.

M.Əhmədovun oğlu Tərlan Əhmədov isə bildirib ki, onların həmin məbləği bir həftəyə qaytarmağa imkanları yoxdu.

Məhkəmə prosesi yanvarın 30-a təyin olunub. Yanvarın 30-da məhkəmənin hökmü elan olunacaq.

Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.