AQİL ABBAS: ŞOK! ŞOK! ŞOK! AXIRDA DA HÜLÜ ŞƏFTƏLİ

AQİL ABBAS
92708 | 2017-01-26 14:37

Türk televiziyalarındanvə mətbuatından düşük bir şey öyrənmişik: «Şok! Şok! Bir azdan!», «Şok, Şok! Sabahkısayımızda!», «Şok! Şok! Şok! Yumurtanın içindən iki sarı çıxdı». «Şok! Şok! Şok!Axırda da …»

Yanvarın 24-də çox hörmət elədiyim, ölkədəki az-çox ciddisaytlardan biri saydığım «Moderator.az»dabelə bir «Şok! Şok!»la rastlaşdım.Heç demə, Fransada Babək haqqındayeni bir sənəd tapıblar. Sənəd də nə sənəd? Bilmirəm, hansısa bir tarixçivə yaxud Qulu Xəlilovun sözü olmasın, tarixə kərkinənlərdən biri Babək haqqındaağlına gələnləri yazıb və bizim hörmətli tədqiqatçılarımızdan biri də o sənədi bəh-bəhləçap edib.

Eləxırda bir detalı qeyd edim. Həmin o tarixə kərkinən (adı var ey, yadımda saxlamadım,çünki mənasız ad olduğundan) qeyd edir ki,Babəkə Azərbaycan və Ermənistan kəndlilərikömək edirdi. Ay bu «şok»u üzə çıxarıb bizə təqdim eləyən tədqiqatçı dostum,heç olmasa bu məsələyə bir münasibətini bildir də. IX əsrdə Ermənistan vardı? Ermənistantasrağagün olub ey. Bunu qoyduq bir kənara.

Heçdemə Babəki şeytan yoldan çıxarıb, şeytanlarla oturub-durubmuş. Nə bilim şeytan cənab Cəbrayılınsifətində gəlib Babəkin yanına ki, Allah sənə peyğəmbərlik verib. Cənab Cəbrayıl ölmüşdü ki, şeytan onun işinə qarışaydı? Şeytanınçəkib ciyərini çıxarardı. Bir yerdə Afşinaz qalıbmış Babəki tuta bir qoca peyda olur, Afşinə deyir: «Bu adama rəhm eləmə,o da Həsənlə Hüseyni öldürənlərdəndir». Afşin də Həsənlə Hüseynin adını eşidən kimi başlayır hönkür-hönkür ağlamağa, özünə gələndəgörür ki, Babək qaçıb, heç demə onu da şeytan aldadıb.

Məndini məsələlərə qarışmaq istəmirəm, çünki mütəxəssis deyiləm. Amma az-çox mən də «Tarixi-Nadir»i oxumuşam, hələ üstəlik Yunus Oğuzun «Nadir şah»ını da.

Əvvəla,Həsən və Hüseyni öldürənlərin nəsli idi xəlifəMəmun da, Mötəsim də. Afşin də onlara qulluq edirdi. Əgər Afşin qurban olduqlarımHəsən və Hüseyni belə çox sevirdisə istefa ərizəsini yazıb çıxıbgedərdi də, niyə Həsən və Hüseyni sevənləri qılıncdan keçirirdi? Söhbət Babəkinhansı məzhəbə qulluq etməyindən getmir,amma Babəkin qərargahı onda da, indi də şiyələrinyaşadığı ərazidi. Nə isə.

Eləöz içimizdə Babəki qılıncdan keçirənlər,Babəki nüfuzdan salmaq istəyənlər nə qədər desəz var. Hər gün də mətbuatda beləyazılara rast gəlirik. Özü də bu yazını yazanlarsıradan insanlar deyil. Heç demə, biri dəFransada peyda olubmuş və indi məlum olur ki, Babək hətta şeytanlarla oturub-durubmuş.Yəni, qısası, şeytan oğlu şeytanmış. Və bizdə bu şeytan oğlu şeytanı sevirmişik.

Dərdəbax, millətə bax, zillətə bax, dirilərdən ölülər feyz alacaq. Az qala XXI əsri yarılamışıq, sabah yox, o birisi günXXII əsrdi, camaat Marsda futbol oynayır, Günəşə kəllə atır, təzə planet kəşf edir, biz də cindən-şəyatindən danışırıq.Cinin şəklini çəkib paylaşırıq, cinlər haqqındaməqalələr yazırıq, məzhəb davası aparırıq,hansısa müğənninin geyimini müzakirə edirik,divara düyü dırmaşdırırıq, yumurtanın üstündəbərk-bərk araşdırma aparırıq görək üstündə «Allah» sözü yazılıb, yoxsa yox.

Vəsonda. Babəkin İslam dininə qarşı vuruşduğunu ön plana çəkən üzdəniraq tarixçilərimizə onu da xatırladaq ki, əvvəla,Babəki kiçiltməyin, nə din? Babəkin hərəkatıbir Azadlıq hərəkatıdı, işğala qarşı savaşdı. Cəfər Cabbarlı «Od gəlini»ndə Elxanın diliylədeyir ey, hər gələn deyir azadlıq gətirmişəm,istəmirəm sənin gətirdiyin azadlığı.

Babəköz azadlığını istəyirdi, indi Suriyaya, İraqa, Liviyaya, Yəmənə, Fələstinə gətirilənazadlığı istəmirdi.

Şok!Şok! Şok! Yox bir, hülü şəftəli!


TƏQVİM / ARXİV