adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Yanvar 2017 09:47
124444
AVTOMABİL
A- A+

Azərbaycanda yük avtomobili istehsalı iki dəfəyə yaxın artıb

2016-cı ildə Azərbaycanda 709 yük avtomobili istehsal olunub. Bu, 2015-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur.

Bu barədə Adalet.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Ötən il Azərbaycanda 1034 traktor, 270 minik avtomobili istehsal olunub. Bu rəqəmlər 2015-ci ildə qeydə alınan göstəricidən müvafiq olaraq 8,3 və 62,8 faiz çoxdur.

Eyni zamanda ötən il ölkədə xüsusi təyinatlı kommunal avtomobillərin istehsalı 2,3 dəfə artaraq 1557 ədəd təşkil edib.

2016-cı ildə Azərbaycanda 143 yük daşımaları üçün qoşqu və yarımqoşqu istehsal olunub ki, bu da bir il əvvəlki göstəricidən 53,4 faiz azdır.