adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Yanvar 2017 16:09
74224
MÜSAHİBƏ
A- A+

Təşkilat olaraq əsas üstünlüyü regionlara vermişik - Müsahibə

Demokratik Gənclər İctimai Birliyinin sədr müavini Dəniz İsmayılzadənin Adalet.az-a müsahibəsini təqdim edirik:

- Qarşıda nə kimi planlarınız var?

- Yeni uğurlu layihələrə imza atmaq, o cumlədən Azərbaycanın milli mənəvi dəyərlərinin, tarixi abidələrinin gənclərə tanıdılması və onların qorunması sahəsinde yəni layihələr işləmək.

- İctimai fəallıq sizə nə verib?

- Bu layihələrdən bir neçəsini qəyd etmək istərdim. Bunlardan peşə seçimi, liderlik? kariyera quruculuğu və digər layihələr həyata keçirmişik. Bir nüansı qeyd edim ki, əsasən regionlara üstünlük vermişik. Çünki Bakı və Abşeronda regionlarla müqayisədə Qeyri-Hökümət təşkilatları çoxdur və uğurlu layihələr həyata keçirir. Bunu nəzərə alaraq regional gənclərin kənarda qalmaması üçün əsas üstünlüyü regionlara vermişik. Bir gənc olaraq özümü təsdiq etməyə imkan verib ve ən əsası da özümə inam yaradıb. Həmçinin cəmiyyetimiz üçün faydalı işlər görməyə şerait yaradıb. Bir müəllim olaraq mən də çalişiram öz qazandıqlarımı şagirdlərimə aşılayım. Belə bir deyim var: Valideyn insana həyat verir, müəllim isə ondan necə istifadə etməyi öyrədir. Onların da gələcəkdə ictimai sektorda fəal olması və cəmiyyətimiz üçün faydalı islər görməsi üçün öz təcrübəmi tez-tez onlarla bölüşürəm. Onları bu yolda maarifləndirməyi özümə borc bilirəm. Çünki onlar bizim gələcəyimizdir.

- Ümumiyyətlə Azərbaycanda ictimai sektordakı vəziyyəti necə dəyərləndirirsiniz?

- Müsbət, çünki gənclər bu sahədə deyərdim ki, həm aktivdir həm də həvəslidir.

- Gənclər təşkilatı olaraq ölkədə baş verən ictimai hadisələrdə nə dərəcədə aktivlik nümayiş etdirirsiniz?

-Aktivlik nümayiş etdirmək dedikdə bizim təşkilatın məqsədi elə Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında gənclərinin rolunun artırılması və bu istiqamətdə gənclərin maarifləndirilməsidir. Bununla bağlı olaraq da bir neçə uğurlu layihələrə imza atmışıq.

Rüfət