adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Maraqlar, qurbanlar və unudulmuş soyqırım (genosid)

VÜQAR ABBASOV
100411 | 2017-01-24 13:33

Niderlandda yaşayan soydaşımız Vüqar Abbasovun yaşadığı ölkənin saytlarının birində Azərbaycanhəqiqətlərini özündə əks etdirən növbəti yazısı verilib. Oxuculara maraqlı olabiləcəyini nəzərə alaraq, yazını tərcümə edib sizlərə təqdim edirik.

Bu il artıq 25 il olacaq ki, Azərbaycan diasporu1992 – ci ildə Xocalıda öldürülən 613 nəfəri yad edir. Azərbaycanda bunu soyqrım adlandırırlar vədünyanın bunu belə tanımasını istəyirlər. Vüqar Abbasov da aşağıdakı məqaləsiilə eyni istəyi ifadə edir.

Hər gün müharibələr, müharibələrdə ölən insanlar,müharibələr nəticəsində evlərindən didərgin düşmüş qaçıqınlar barədəeşidirik. Ancaq biz təkcə müharibələrhaqqında eşitmir, həm də müharibələrin nəticələrinihəyatımızda hiss edirik, müharibələr bizim həyatımıza çox təsir edir. Mən də müahribənin böyük izlər buraxdığı birölkədən, Azərbaycandan gəlmişəm.

Sirr deyilki, insanlar, dünya get-gedə inkişaf etməkdədir, ancaq bunu hər sahəyə aid edəbilmərik. Bu cür inkişafın qarşısındadaha az müharibə etməkdənsə, dünyamızda daha çox müharibələrə şahidlik etməkdəyik.Günü-gündən müharibələrin sayı artmaqdadır. Nə üçün bu qədər çox müharibələrolur? Kimdir, kimlərdir bu müharibələrdən uduşlu çıxanlar?Silah sənayesi güclüolan dövlətlərin mühabribələrdən qazanclı çıxdığı danılmaz bir həqiqətdir.Hansıki bu müharibələr səbəbindən günahsız insanlar ölür, ev-eşiklərini itirir,öz yurdlarından didərgin düşürlər. Ancaq bu bəzi ölkələri, liderləri narahatetmir. Onlar üçün öz maraqları daha önəmlidir.

Nə üçün mən belə düşünürəm? Səbəb çox sadədir, mən özüm də müharibənincanlı şahidi olmuşam və mən neft ölkələrindən biri olan Azərbaycandan gəlmişəm.Məlumat üçün bildirim ki, Azərbaycan Sovet İttifaqına daxil olan respublikalardanbiri olub və 1991 – ci ildə öz müstəqilliyini qazanıb. Ancaq bu müstəqilliyi əldəedənə kimi çox insanlar həyatlarını itiriblər. Rusiya Azərbaycanı əldən verməkistəmədiyinə görə Azərbaycanla Ermənistan arasında gərginlik və nəhayət müharibəyaratdı. Təkcə Xocalıda (26 fevral 1992)bir gecədə 613 nəfər qətl edildi, yüzlərlə insan itkin düşdü, evlərini itirdi.Kim, yaxud kimlər idi bu bu hadisəningünahkarı? Ermənistan və Rusiya hərbiçiləri. Bu müharibə nəticəsində Azərbaycanın20% ərazisi Ermənistanın işğalı altına düşdü və bu günə qədər də işğal altındaqalmaqdadır, baxmayaraq ki, Birləşmiş Millətlət təşkilatının bu barədə dörd qətnaməsivar: S/RES/822 (1993), S/RES/853 (1993), S/RES/874 (1993), S/RES/884 (1993) (mənbə:http://www.un.org/en/sc/documents/resolutions/1993.shtml). Bir çox siyasətçilər bunu bilsələr də susmağaüstünlük verirlər.

Janvar ayı artıq bitmək üzrədir. Fevral ayında isəAzərbaycan diasporu Xocalı hadisələrinin qurbanlarını yad etmək üçün yenə dəbir yerə cəmləşəcək (Niderlandda nəzərdə tutulur. V.A.). Azərbaycan xalqı 1992– ci ildən bu günə kimi hər il bu soyqrım qurbanlarını yad edir. Sözü gedən soyqrımın baş verməsindən 25 ilötməsinə baxmayaraq heç bir Qərb ölkəsibu barədə danışmır, susurlar.

1915 – ci ildə baş verənləri ermənilər "soyqrım” adlandırırlar və dünyanın bir çox ölkələrininparlamentləri bunu belə tanıyırlar.Baxmayaraq ki, heç kimin əlində bu barədə fakt yoxdur, hər halda mən belə düşünürəm.Bu iddianın lazımınca araşdırılmasınınvacıb olduğu qənaətindəyəm. Xocalı hadisələrini isə kimsə soyqrım kimi tanımır,baxmayaraq ki, əlimizdə bunu sübut edəcəkyetərincə faktlar, şəkillər və videogörüntülər var. Hətta ermənilərin tanınmış yazıçısı Zori Balayan belə Xocalıdatörətdikləri vəhşilikləri etriaf edib.Bundan başqa, erməni jurnalist Davud Xeyriyan da hadisələrin şahidi olubvə o, bu barədə yazır: "Bəzən cəsədlərin üstündə yeriməli olurduq. Daşbulağayaxın bir yerdə bir bataqlıqdan keçmək üçün, oranı cəsədlərlə doldurub bizə yolaçdılar. Mən cəsədlərin üzərində yeriməkdən imtina etdim. Sonra polkovnikOhanyan məni qorxudaraq əmr etdi ki, keçim və dedi ki, bu müharibəninqanunlarından biridir. Mən ayağımı 9-10 yaşlarındakı, hələ də ölməmiş bir qızınsinəsinə qoyaraq getdim... Mənim ayaqlarım, foto aparatım qaının içində idi...” (Mənbə: "Xaç naminə” kitabı).

Azərbaycan xalqı Qərb dövlətlərindən yetərincə dəstəkalmadığını düşünür? Onlar haqlıdırlarmı? Yuxarıdakıları oxuyaraq özünüz busuala cavab tapa bilərsiniz.

24-04-2014 – cü il tarixində erməni diasporu Almelo(Niderlandda şəhər –V.A.) şəhərində abidə ucaltdı. Mənə elə gəlir ki, bəzi "gözəgörünməz” siyasətçilər Azərbaycanla Ermənistanın, Türkiyə ilə Ermənistanınarasında konfliktin davam etməsini istəyirlər.Təsəvvür edin, əgər bu gen Erməni, sabah, Türk, Azərbaycan diasporu beləabidələr ucaldacaqsa, bu aqresiya heç vaxt azalmayacaq.

Bu qədər qurbanların səbəbi isə maraqlardır. Böyükölkələrin maraqları sayəsində dünyada bu qədər müharibə qurbanları var. Əlbətdəki, biz, sadə insanlar dünyamıza sülhistəyirik. Ancaq nə qədər ki, maraqlar öndə gedir, dünyamızda sülh olmayacaq.Onlar öz maraqlarını qorumağa çalışacaqlar. Dostoyevski demişkən: "Müharibəninyeganə səbəbi sülhdür.”

Keçid: http://www.republiekallochtonie.nl/belangen-slachtoffers-en-een-vergeten-genocide




TƏQVİM / ARXİV