adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Yanvar 2017 12:48
13572
KRİMİNAL
A- A+

DİN-dən Bakıdakı silahlı insidentlə bağlı məlumat

Bakıda silahlı insident baş verib.

Adalet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 23-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində Seymur adlı şəxs xuliqanlıq zəminində Biləsuvar rayon sakini Eldəniz Eyvazovu döyüb və pnevmatik tapançadan açdığı atəşlə baş nahiyəsinə xəsarət yetirib. E.Eyvazova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Seymur Sahalıyev tutulub, hadisəni törədərkən istifadə etdiyi "MP 654 K" markalı pnevmatik tapança götürülüb.