adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Yanvar 2017 11:26
13030
KRİMİNAL
A- A+

Bakıda naməlum şəxs qadını körpüdən atıb

Bakıda 55 yaşlı qadın körpüdən yerə düşməsi nəticəsində ölüb.

Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Mərdəkan qəsəbəsində Aeroport yolunda körpünün altında 55 yaşlıSevda Məmmədovanınağır xəsarət alaraq yerə yıxıldığı məlum olub.

Ətrafdan keçən şəxslərdən biri onu xəstəxanaya yerləşdirib. Lakin S.Məmmədova xəstəxanada ölüb.

Araşdırmalar zamanı məlum olub ki, qadını adı məlum olmayan şəxs itələyərək körpüdən yerə atıb.

Faktla bağlı cinayət işi başlanıb.