adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Yanvar 2017 23:15
6552
İDMAN
A- A+

AFFA-dan Prosineçki açıqlaması

AFFA milli komandamızın baş məşqçisi Robert Prosineçkinin "Bursaspor" klubu ilə razılığa gəlməsi haqda Türkiyə mətbuatının yaydığı xəbərlərə münasibət bildirib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.az-a açıqlamasında qısa olaraq deyib: "Robert Prosineçkinin bizimlə müqaviləsi var və o, müqavilənin şərtlərinə əməl edir".

Qeyd edək ki, 2014-cü ildə millimizlə 3 illik müqavilə imzalayan xorvatiyalı mütəxəssisin sözləşməsi bu ilin dekabrında başa çatacaq.