adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Yanvar 2017 22:38
8352
MARAQLI
A- A+

Stalinin sevimli avtomobili 200 milyona satılır

Qazaxıstanın Şımkent şəhərinin sakini ZİS-110 minik avtomobilinin satışa çıxarıb.

Adalet.az xəbər verir ki, elan kolesa.kz avtomobil portalında yerləşdirilib.

Satıcı avtomobilin tamamilə bərpa edildiyini bildirib. Avtomobilin qiyməti 200 milyon tengədir (təxminən 1 milyon 100 min dollar).

Elanda göstərilib ki, 1956-cı il istehsalı olan ZİS-110 6 litrlik mühərrikə və mexaniki sürət qutusuna malikdir. Qara rəngli avtomobilin salonu dəridən ibarətdir.

Məlumdur ki, ZİS-110 keçmiş SSRİ lideri İosif Stalin üçün xüsusi olaraq yaradılmışdı. Avtomobilin konstruksiyası Stalinin çox xoşuna gələn ABŞ-ın "Pakkard” avtomobilinə oxşardır.

ZİS-110 II Dünya müharibəsindən sonrakı ilk avtomobilidir. 13 illik istehsal tarixində (1945-1958) bütün modifikasiyaların 2089 nüsxəsi buraxılıb.